An-2 təyyarəsinin vurulması (1991) Haqqinda Melumat - Vikipedia

An-2 təyyarəsinin vurulması (1991) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

An-2 təyyarəsinin vurulması (1991)

An-2 təyyarəsinin vurulması1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi.

An-2 təyyarəsinin vurulması
Ümumi məlumatlar
Tarix
Yer Xanabad kəndindən 1 km şimalda
Sərnişin sayı 5
Komanda 2
Yaralı sayı 0
Ölü sayı 7
Təyyarə
Təyyarə modeli An-2
Qalxma yeri Xocalı, Azərbaycan
İstiqamət Yevlax, Azərbaycan
Qeydiyyat nömrəsi 40704

Haqqında

redaktə

29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur.

Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.[1]

Həlak olanların siyahısı

redaktə
 
"An-2"-nin komandiri Əsədov Əsəd Soltan oğlu
  1. Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
  2. Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
  3. Baxşıyev Əhmədağa Mirzəağa oğlu — Yevlax aeroportu rabitə qovşağının mühəndisi
  4. Misirov Yuris Xanoğlan oğlu — Yevlax aeroportu uçuşların işıq texnikası təminatı mühəndisi
  5. Rəcəbov Hamlet Sabir oğlu — Xocalı aeroportu rəisinin müavini
  6. Bəşirov Ceyhun Bəşir oğlu — Xocalı aeroportunun aviasiya daşınmalarının təşkili və onlara xidmət üzrə agenti
  7. Sadıqov Azad Əli oğlu — Yevlax aeroportunun havada hərəkəti idarəetmə dispetçeri.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  1. Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993.
  2. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr.
  3. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.

Sitede 57 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025