İnter Bakı FK Haqqinda Melumat - Vikipedia

İnter Bakı FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şamaxı FK

futbol klubu
(İnter Bakı FK səhifəsindən istiqamətləndirilmişdir)

Şamaxı FKAzərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

Şamaxı FK
Loqonun şəkli
Klubun tam adı Şamaxı Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) şirlər
Rəng(lər) ağ-qırmızı
Yaranma tarixi 1997 (27 il əvvəl) (1997)
Stadionu Şamaxı Şəhər Stadionu
Tutumu 2.200
Prezidenti Azərbaycan Elçin Usub
Baş məşqçisi Azərbaycan Ayxan Abbasov
Liqa Birinci Liqa
2023-24 1 (Premyer Liqaya yüksəldi)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.

 
"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.

  • Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
  • İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[1].

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[2] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[3]

Liqa və kubok tarixi

redaktə
Mövsüm Liqa Azərbaycan kuboku Bombardir
Div. Yer Oy. Q H M VQ BQ X Adı Liqa
1999–00 1 11 22 5 3 14 19 41 18 1/8 Final Azərbaycan  Samir Ələkbərov 7
2000–01 1 7 20 9 2 9 26 38 29 1/8 Final Azərbaycan  Ramin Nəsibov 8
2003–2004 1 4 26 15 6 5 43 16 51 1/8 Final Gürcüstan  A. Soxadze 6
2004–2005 1 7 34 19 9 6 44 24 66 Finalçı Azərbaycan  Elşən Məmmədov 10
2005–2006 1 4 26 14 8 4 35 14 50 1/4 Final Nigeriya  Idahor 6
2006–2007 1 4 24 13 6 5 36 12 45 Yarımfinal Azərbaycan  Samir Əliyev 6
2007–2008 1 1 26 18 4 4 55 18 58 Finalçı Azərbaycan  Xəqani Məmmədov 19
2008–2009 1 2 26 18 7 1 54 16 61 Finalçı Uruqvay  Valter Quqlielmone 17
2009–10 1 1 32 22 12 8 58 37 78 Yarımfinal Litva  Robertas Poşkus 12
2010–11 1 5 32 13 10 9 29 24 49 Finalçı Litva  Robertas Poşkus 5
2011–12 1 3 32 16 8 8 29 21 56 Yarımfinal Gürcüstan  Baçana Tsxadadze 7
2012–13 1 3 32 16 9 7 38 22 57 1/4 Final Gürcüstan  Baçana Tsxadadze 8
2013–14 1 2 36 20 7 9 60 37 67 1/4 Final Azərbaycan  Vaqif Cavadov 16
2014–15 1 2 32 17 12 3 55 20 63 Yarımfinal İspaniya  Mikel Alvaro 9
2015–16 1 4 36 16 11 9 39 28 59 Yarımfinal Azərbaycan  Nizami Hacıyev / Azərbaycan  Mirsahib Abbasov 6
2016–17 1 3 28 11 10 7 39 33 43 Yarımfinal Azərbaycan  Rauf Əliyev 11
2017–18 1 6 28 8 7 13 29 39 31 Qalib Azərbaycan  Pərdis Fərcad-Azad / Rumıniya  Adrian Skarlataçe / Azərbaycan  Slavik Alxasov 4
2018–19 1 8 28 6 5 17 29 45 23 1/4 Final Azərbaycan  Amil Yunanov / Toqo  Conatan Ayite 5

Uğurları

redaktə
  • Azərbaycan çempionatı:
    • 1Çempion  Qızıl medal (2) — 2007/2008, 2009/2010
    • 2Gümüş mükafatçı  Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
    • 3Bürünc mükafatçı  Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
  • Azərbaycan Kuboku:
    • 1Çempion  Qızıl medal (2) — 2017/2018, 2020/2021
    • 2Gümüş mükafatçı  Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Azərbaycan Birinci Liqası:
    • 1Çempion  Qızıl medal (1) — 2023/2024
  • Birlik Kuboku:

Keşlə Avrokuboklarda

redaktə

Son yenilənmə: 2020-ci il

Turnir Oyunlar Q H M VQ BQ
UEFA Çempionlar Liqası 6 1 3 2 3 5
UEFA Avropa Liqası 26 12 7 7 37 29
UEFA İntertoto Kuboku 4 3 0 1 6 4
Cəmi 36 16 10 10 46 38
Mövsüm Turnir Mərhələ Klub Ev Qonaq Ümumi
2004 UEFA İntertoto Kuboku 1R Avstriya  Breqens 2–1 3–0 5–1  
2R Finlandiya  Tampere Yunayted 1–0 0–3 1–3  
2008–09 UEFA Çempionlar Liqası 1M Şimali Makedoniya  Rabotniçki 0–0 1–1 1–1(a)  
2M Serbiya  Partizan 1–1 0–2 1–3  
2009–10 UEFA Avropa Liqası 2M Slovakiya  Spartak Trnava 1–2 1–3 1–5  
2010–11 UEFA Çempionlar Liqası 1M Polşa  Lex Poznan 0–1 1–0 1–1(8–9 p.)  
2012–13 UEFA Avropa Liqası 1M Estoniya  Narva Trans 5–0 2–0 7–0  
2M Yunanıstan  Asteras Tripolis 1–1 1–1 2–2(2–4 p.)  
2013–14 UEFA Avropa Liqası 1M Finlandiya  Mariehamn 1–1 2–0 3–1  
2M Norveç  Tromsö 1–0 0–2 1–2  
2014–15 UEFA Avropa Liqası 1M Moldova  Tiraspol 3–1 3–2 6–3  
2M İsveç  Elfsborq 0–1 1–0 1–1(3–4 p.)  
2015–16 UEFA Avropa Liqası 1M Albaniya  Laçi 0–0 1–1 1–1(a)  
2M İslandiya  Hafnarfyordur 2–2(ə.v.) 2–1 4–3  
3M İspaniya  Atletik Bilbao 0–0 0–2 0–2  
2017–18 UEFA Avropa Liqası 1M Serbiya  Mladost Luçani 2–0 3–0 5–0  
2M Lüksemburq  Fola Eş 1–0 1–4 2–4  
2018–19 UEFA Avropa Liqası 1M Malta  Balzan 2–1 1–4 3–5  
2020–21 UEFA Avropa Liqası 1M Albaniya  Laçi 0–0(4–5 p.)  
2021–22 UEFA Konfrans Liqası 2M Rusiya  Soçi 2–4 0–3 2–7  

Heyəti

redaktə
25 Sentyabr 2021 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Moldova  GK Stanislav Namaşko
27 Azərbaycan  GK Əkbər Vəliyev
85 Azərbaycan  GK Kamal Bayramov
2 Azərbaycan  DF İlkin Qırtımov
3 Azərbaycan  DF Tərlan Quliyev (Kapitan)
4 Azərbaycan  DF Şəhriyar Əliyev
5 Azərbaycan  DF Kərim Diniyev
8 Azərbaycan  DF Tural Axundov
11 Mali  DF Sadio Tounkara
18 Azərbaycan  DF Ruslan Əmircanov
20 Azərbaycan  DF Rail Məlikov
21 Monteneqro  DF Miyuşko Boyoviç
22 Azərbaycan  DF Elçin Mustafayev
Nömrə Ölkə Mövqeyi Futbolçu
10 Braziliya  MF Felipe Santos
14 Azərbaycan  MF Turan Vəlizadə
17 Seneqal  MF Omar Qudiabi
50 Azərbaycan  MF Samir Abdullayev
72 Portuqaliya  MF Aldair Neto
77 Gürcüstan  MF Merab Qiqauri
99 Azərbaycan  MF Rafael Məhərrəmli
9 Kamerun  FW Anatole Abanq
29 Azərbaycan  FW Amil Yunanov

İstinadlar

redaktə
  1. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27
  2. "Peşəkar Futbol Liqasının məlumatı 2017–10–28". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
  3. ""Keşlə"nin adı dəyişdi". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

Saytda 269 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024