Şəmkir — eyni adlı şəhəri təmsil edən futbol klubudur. 2017-ci ildə fəaliyyətini ikinci dəfə dayandırmışdır.
Şəmkir FK | |||
---|---|---|---|
![]() | |||
Klubun tam adı | Şəmkir Futbol Klubu | ||
Ölkə |
![]() |
||
Ləqəb(lər) | "Şəmkirlilər","Qərblilər" | ||
Rəng(lər) | qırmızı-ağ | ||
Yaranma tarixi | 1954 | ||
Stadionu | Şəmkir Olimpiya İdman Kompleksinin stadionu | ||
Tutumu | 2 000 | ||
Prezidenti |
![]() |
||
Baş məşqçisi |
![]() |
||
Liqa | Azərbaycan Birinci Divizionu | ||
2016/2017 | 6 | ||
|
![](http://upload.wikimedia.org/wikipedia/az/5/50/Barry_Shamkir.jpg)
Tarixi
redaktəKlub bir vaxtlar aktiv olmuş vebsəhifəsinə əsasən 1954-cü ildə Şəmkirdə yaranmışdır. Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. üç dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır.
Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır.
Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı.
![](http://upload.wikimedia.org/wikipedia/az/thumb/2/2c/Barry_shamkir2.jpg/220px-Barry_shamkir2.jpg)
2003-2004 mövsümü çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdu (3-1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2-2 hesablı heç-heçə ilə bitmişdi. 2004-cü ildə keçirilən Azərbaycan kuboku finalında əlavə vaxtda ilk qolu məhz Şəmkir klubu vursa da - hakim İmamxan Sultani qolu qeydə almamışdı. Bütün mətbuat orqanlarında qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar. 2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/62/Shamkiroyun.jpg/220px-Shamkiroyun.jpg)
2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur. 2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı[1].
Klubun rəngləri
redaktəQırmızı | Ağ |
2010/2011 dirçəliş mövsümu
redaktə4 illik fasilədən sonra,19 Avqust 2009-cu ildə klub yenidən bərpa olunmuşdur.Klub mövsüm ərzində 30 futbolçunun xidmətindən istifadə etmiş və turnir cədvəlini 9-cu pillədə başa vurmuşdur. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan Şəmkir FK 22 xalla mövsümü bitirmişdir.
2013/2014 mövsüm
redaktəBu mövsümda klubun heyəti dəyişdi.Anar Kələtnərovun yerinə baş məşqçi Ruslan Abbasov oldu.Kluba yeni gənc və perspektivli oyunçular gəldi.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b4/OyunoncesiShamkir.jpg/220px-OyunoncesiShamkir.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Shamkirfk.jpg/220px-Shamkirfk.jpg)
2014/2015 mövsüm
redaktəBir sıra uğursuzluqdan sonra Ruslan Abbasov istefaya göndərildi.Kluba sponsor tapıldı,yeni baş məşqçi və oyunçular gəldi.2015-ci ilin Yanvar ayından etibarən komandanın yeni baş məşqçisi Kamran Əlibabayev təyin olundu.
2016/2017 mövsüm
redaktəBu klub üçün sonuncu mövsüm oldu. 2016-cı ildə klubun yeni sponsoru və prezidenti Elvin Səfərli oldu.Mövsümün başlanğıcında kluba kifayət qədər böyük maliyyə ayrıldı. Komanda qış fasiləsində Türkiyəyə yola düşdü və təlim-məşq toplantısını Antalya bölgəsində keçirdi.Orada Ukraynanın "Dnepr", Qazaxstan Premyer Liqasının "Okjetpes" və "Tobol" kimi komandaları ilə hazırlıq oyunlarını keçirdi. Lakin mövsümün ikinci dövrəsində komanda o qədərdə uğurlu çıxış etmədiyi üçün baş məşqçi Qəhrəman Əliyev ilə yollar ayrıldı. Bundan sonra Badri Kvaratsxeliya klubun baş məşqçisi təyin olundu və komanda turnir cədvəlində 6-cı yerdə qərarlaşaraq mövsümü bitirdi. Klubda olan maliyyə problemləri səbəbindən 2017-ci ilin iyun ayında Şəmkir Futbol Klubu ikinci dəfə fəaliyyətini dayandırdı.2017/2018 mövsümündə komanda həvəskar liqası olan Azərbaycan Region Liqasında iştirak etmişdir.
Heyəti
redaktə2014/2015 mövsümü üçün heyəti (1 mart 2015)
|
Komandanın keçmişində əməyi olanlar
redaktəKeçmişindəki məşhur futbolçular
redaktəRauf Mehdiyev
Hüseyn Məhəmmədov
Mehman Yunusov
Nizami Ocaqverdiyev
Xəqani Məmmədov
Xaliq Mərdanov
Faiq Cabbarov
Əli Abıșov
Vidadi Rzayev
Mahmud Qurbanov
Rövşən Əhmədov
Azər Məmmədov
Badri Kvaratsxeliya
Aslan Kərimov
İsmayıl Məmmədov
Emin İmaməliyev
Viktor Kulikov
Kənan Kərimov
Mirbağır İsayev
Keçmişindəki baş məşqçilər
redaktəƏfqan Talıbov (1997-1998)
Ağasəlim Mircavadov (1998-2001)
Qəhrəman Əliyev (2001-2005)
Faiq Cabbarov (2009-2011)
Anar Kələntərov[2]. (2011-2013)
Ruslan Abbasov[3]. (2013-2015)
Kamran Əlibabayev[4]. (2015-2016)
Qəhrəman Əliyev[5]. (2016-2017)
Badri Kvaratsxeliya[6]. (2017, sonuncu)
Keçmişindəki prezidentlər
redaktəŞahbaz Süleymanov(1997-2005)
Fərid Hüseynov (2014-2016)
Elvin Səfərli (2016-2017)
Uğurları
redaktə- Azərbaycan çempionatı:
- Qızıl medal (2) - 1999/2000, 2000/2001
- Gümüş medal (2) - 1998/1999, 2003/2004
- Bürünc medal (1) - 1997/1998
- Azərbaycan Kuboku:
- Finalçı (2) - 1998/1999, 2003/2004
Avropa kuboklarında iştirakı
redaktə4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində
redaktə2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdur[7].
Stadionu
redaktəŞəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu
![](http://upload.wikimedia.org/wikipedia/az/thumb/7/7e/Shamkir_stadium_b.jpg/220px-Shamkir_stadium_b.jpg)
İstinadlar
redaktə- ↑ Olimpiya mükafatçısı "Şəmkir"ə həyat verdi[ölü keçid]
- ↑ "Azərbaycan futbolunda daha bir məşqçi istefaya göndərildi". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "Şəmkirin eyniadlı komandası hazırlığını davam etdirir". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ Kamran Əlibabayev: Kubok oyununa ciddi hazırlaşmışdıq
- ↑ "Qəhrəman Əliyev "Şəmkir"dən istefa verib". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "Badri Kvaratsxeliya rəsmən "Şəmkir"də". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine (az.) apasport.az tarixi:2010.11.27
![]() | |
---|---|
Komandalar | |
Mövsüm | 1992 • 1993 • 1993-94 • 1994-95 • 1995-96 • 1996-97 • 1997-98 • 1998-99 • 1999-00 • 2000-01 • 2001-02• 2002-03 • 2003-04 •
2004-05 • 2005-06 • 2006-07 • 2007-08 • 2008-09 • 2009-10 • 2010-11 • 2011-12 • 2012-13 • 2013-14 • 2014-15 • 2015-16 • 2016-17 • 2017/2018 • 2018/2019 • 2019/2020 • 2020/2021 • 2021/2022 • 2022/2023 • 2023/2024 • 2024/2025 |
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |