Əhsən Dadaşov Haqqinda Melumat - Vikipedia

Əhsən Dadaşov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Əhsən Dadaşov
Ümumi məlumatlar
Doğum tarixi 16 avqust 1924(1924-08-16)
Doğum yeri
Vəfat tarixi 30 may 1976(1976-05-30) (51 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, tarzən
Musiqi alətləri tar, ud
Mükafatları Azərbaycan SSR əməkdar artisti

Həyatı

redaktə

Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.

1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.

1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.

Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.

Əhsən Dadaşov çoxdan unudulmuş ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb.[1]

Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olmuşdur.

Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.[2][3]

Bakı televiziya studiyasının nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur[4].

Əhsən Dadaşovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bir sıra filmlərin musiqi müşayiətində iştirak edib.

Əhsən Dadaşov Azərbaycan Respublikasının xalq artisti Murad Dadaşovun və "KOKON" yaradıcılıq birliyinin rəhbəri Fərid Dadaşovun atasının əmisidir.

Filmoqrafiya

redaktə
  1. Görüş (film, 1955)
  2. Ögey ana (film, 1958)
  3. Möcüzələr adası (film, 1963)
  4. Yenilməz batalyon (film, 1965)
  5. Onu bağışlamaq olarmı? (film, 1959)
  6. Bizim Cəbiş müəllim (film, 1969)
  7. Dəli Kür (film, 1969)
  8. Ulduzlar sönmür (film, 1971)
  9. Qatır Məmməd (film, 1974)

Haqqında çəkilmiş filmlər

redaktə
  1. Əhsən Dadaşov (film, 2005)

İstinadlar

redaktə
  1. Mədəniyyət TV. "Xalq artisti Əhsən Dadaşovun 100 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib" (az.). Youtube.com. 31.05.2024. 2024-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
  2. "Muğam Radio — Əhsən Dadaşov". 2011-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-29.
  3. "Afət Novruzov. İfaçılarımızın portretləri… Əhsən Dadaşov. "Musiqi dünyası" jurnalı". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-09.
  4. "Muğam Ensiklopediyası — Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024