Anton Denikin Haqqinda Melumat - Vikipedia

Anton Denikin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anton Denikin

Rusiya ordusu generalı

Denikin Anton İvanoviç (16 dekabr 1872[1][2][…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası[5]8 avqust 1947[3][4][…], Ann-Arbor, Miçiqan[3]) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).

Anton Denikin
Şəxsi məlumatlar
Doğum tarixi 16 dekabr 1872(1872-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 avqust 1947(1947-08-08)[3][4][…] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada
Xidmət illəri 1895-ci ildən
Rütbəsi general-leytenant (1916)
Komandanlıq edib
Döyüşlər
Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni (Rusiya imperiyası) — 1915 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası) — 1915 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) — 1914 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) — 1909 qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) — 1905 qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) — 1904 qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) — 1904 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) — 1902 1914–1918 hərbi xaçı (Fransa) — 1917 Cəsur Mixay ordeni (Rumıniya) — 1917 Knight Commander of the Order of the Bath (Birləşmiş Krallıq) — 1919 Medal 100 year 1812 (Rusiya imperiyası) — 1912 Medal "In memory of the 300th anniversary of Romanov dynasty" (Rusiya imperiyası) — 1913 "İgidliyə görə" qızıl qılıncı (Rusiya imperiyası) — 1915 Q3332355 (South Russia) — 1918
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Birinci Dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.

 
Denikin Birinci Dünya müharibəsində

"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.

İstinadlar

redaktə
  1. 1 2 Anton Iwanowitsch Denikin // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Anton Ivanovič Denikin // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 Деникин Антон Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Anton Ivanovich Denikin // Encyclopædia Britannica (ing.).
  5. 1 2 Deutsche Nationalbibliothek Record #119112361 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

redaktə

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025