Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Haqqinda Melumat - Vikipedia

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Teatrın Nizami küçəsinə baxan əsas fasadı
Teatrın əsas tamaşa salonunun interyeri
Xəritə
40°22′28″ şm. e. 49°50′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Nizami, 95
Aidiyyatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Memar Nikolay Bayev
Tikilmə tarixi 1910—1911
Üslubu Qotik memarlıq
Rəsmi sayt tob.az
İstinad nöm.111
KateqoriyaTeatr
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Opera və Balet Teatrı (Bakı)
Opera və Balet Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
Azərbaycanın poçt markası (2012)

1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.

Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək.

Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 25-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, Reynqold Qlier), "Nərgiz" (1935, M. Maqomayev) və "Koroğlu" (1937, Ü. Hacıbəyov) operaları ilə zənginləşdi.

1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası" (Əfrasiyab Bədəlbəyli), "Vətən" (1945, Qara Qarayev və Cövdət Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Əfrasiyab Bədəlbəyli) operaları tamaşaya qoyuldu.

50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F. Əmirov), "Azad" (1957, C. Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q. Qarayev), "Qaraca qız" (1965, E. Abbasov), "İldırımlı yollarla" (1961, Q. Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A. Məlikov) baletləri tamaşaya qoyuldu. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet teatrı adlanır.

Şəkillər

redaktə
 
 

Həmçinin bax

redaktə

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024