Dramaturq Haqqinda Melumat - Vikipedia

Dramaturq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dramaturq

pyes yazan şəxs, müəllif

Dramaturq (yunanca dramaturges tamaşa yaradan sözündəndir) - dramatik əsərlər, pyeslər yazan şəxs.

Mirzə Fətəli Axundov- Azərbaycanın ilk dramaturqu

İlk dram əsərləri XVIII-XIV əsrlərdə yazılmışdır. İlk dəfə alman yazıçısı Qottlob Lessinq teatr üçün səhnələr yazmış və ilk dramaturqlardan olmuşdur.

Dramaturgiyanın başqa bir qolu kino və televiziya üçün yazılmış ədəbi əsərlərdir. Bu sahədə məşğul olanlara kinodramaturq deyilir.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov hesab olunur. Səkinə xanım Mirzə Heybət qızı Axundzadə isə Azərbaycanın ilk qadın dramaturqu və müəllimlərindən biridir. Yazıçı Mirzə Heybət Axundzadənin qızıdır.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaratmışdı. Bəxtiyar Vahabzadə yalnız poeziyası ilə deyil, dramaturgiyası ilə də müasir ədəbiyyatın imkanlarına öz təsirini göstərmiş, onun vəzifələrini həyata keçirmişdi. Azərbaycan xalqının görkəmli dramaturqlarından Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid,Əbdürrəhim bey Haqverdiev,Abdulla Şaiq və s. yazıçılarının da adını çəkmək olar.

Müasir Azərbaycan dramaturgiyasında Firuz Mustafa, Aygün Həsənoğlu, Kamal Abdulla, Əli Əmirli məhsuldar dramaturgiyası ilə diqqət çəkən müəlliflərdir.

Mənbə

redaktə

http://anl.az/down/meqale/azerbaycan/2010/fevral/107662.htm

http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_may2009/77178.htm

http://anaveusaq.az/qadin-ana/596-lk-azerbaycanli-qadin-dramaturq-sekine-axundzade.html


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024