Elşad Quliyev (baş məşqçi) Haqqinda Melumat - Vikipedia

Elşad Quliyev (baş məşqçi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Elşad Quliyev (baş məşqçi)

Azərbaycanlı futbolçu, məşqçi

Elşad Əhməd oğlu Quliyev (4 noyabr 1976, Sisian rayonu) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır.

Elşad Quliyev
Ümumi məlumatlar
Doğum tarixi 4 noyabr 1976(1976-11-04) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Boyu 1,72 m
Çəkisi 75 kq
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1992–1994 Azərbaycan Məşəl FK
1994–1998 Azərbaycan Fərid Bakı FK
1998–2000 Azərbaycan MOİK Bakı FK
2000–2005 Azərbaycan Gömrükçü MFK
2005–2006 Azərbaycan Araz-Naxçıvan MFK
2006–2008 Azərbaycan Bakılı PFK
Milli yığma[* 2]
2008–2013 Azərbaycan Azərbaycan Çimərlik Futbolu
2018–h.h. Azərbaycan Azərbaycan Milli Minifutbol
Məşqçisi olduğu klublar
2008–2011 Azərbaycan Muğan U21
2011—2014 Azərbaycan Rəvan FK
2014—2017 Azərbaycan İnter U21
2017—2019 Azərbaycan Marafon Futzal Klubu
2021—2022 Azərbaycan Neftçi Futzal Klubu

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı redaktə

Elşad Quliyev 1976-cı il noyabrın 24-də Qarakilsə rayonunda anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra həmin ildə bakalavr təhsili üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş və 1997-ci ildə təhsilini başa vurduqdan sonra, həmin ildə həmin akademiyada magistr dərəcəsi üzrə təhsilə başlamış və 1999-cu ildə məzun olmuşdur.

2000–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, 2 övladı var.

Karyerası redaktə

Elşad Quliyev hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

 
Elşad Quliyev 2022-ci ilin ən yaxşı milli komandası mükafatını alarkən.

Futbolçu karyerası redaktə

Elşad Quliyev 1992–1994-cü illərdə Birinci Liqada Məşəl FK-da çıxış etmişdir. Daha sonra Yüksək Liqada 1994–1998-ci illər ərzində Fərid Bakı FK-da, 1998–2000-ci illərdə isə MOİK Bakı FK-da çıxış etmişdir. Ardınca Futzal Liqada 2000–2005-ci illərdə Gömrükçü MFK-da çıxış etmiş və 2 dəfə Azərbaycan Kubokunu qaldırmışdır. 2005–2006-cı illərdə isə Araz-Naxçıvan MFK-da çıxış etmiş və Azərbaycan Çempionu olmuşdur. 2006–2008-ci illərdə Bakılı PFK-da çıxış etmişdir. 2008–2013-cü illərdə Azərbaycan Çimərlik Futbolu Milli Komandasında çıxış etmiş və Avropa Liqasında 3-cü yer tutmuşdur.

Məşqçilik karyerası redaktə

Elşad Quliyev 2008–2011-ci illər ərzində Muğan U21-in, 2011–2014-cü illərdə Rəvan FK-nun, 2014–2017-ci illərdə isə İnter U21-in baş məşqçisisi kimi çalışmışdır. 2017–2019-cu illərdə Marafon Futzal Klubunun, 2021–2022-ci illərdə isə Neftçi Futzal Klubunun baş məşqçisi olmuşdur.[1]

Baş məşqçisi olduğu dövrdə İnter FK 2 dəfə Azərbaycan çempionu olmuşdur. Marafon Futzal Klubu isə 2-ci yer tutmuş daha sonra isə Azərbaycan Çempionu olmuşdur. Onun fəaliyyəti dövründə Neftçi Futzal Klubu Azərbaycan Kubokunun sahibi olmuşdur.

Hazırda 2018-ci ildən başlayaraq Azərbaycan Milli Minifutbol Komandasının baş məşqçisidir.

Minifutbol üzrə baş məşqçisi olduğu Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olub. Komanda qrup mərhələsinin ilk oyununda Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində qələbə (3:2) qazanaraq finalda oynamaq hüququ əldə ediblər. Daha sonra isə iyunun 11-də Azərabaycan millisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.[2][3][4]

Nailiyyətləri redaktə

  • 2000–2005-ci illərdə Gömrükçü MFK-da oynadığı dövrdə 2 dəfə Azərbaycan Kubokunu qaldırmışdır.
  • 2005–2006-cı illərdə Araz-Naxçıvan MFK-da çıxış etdiyi dövrdə Azərbaycan Çempionu olmuşdur.
  • 2008–2013-cü illərdə Azərbaycan Çimərlik Futbolu Milli Komandasında çıxış etdiyi dövrdə Avropa Liqasında 3-cü yer tutmuşdur.
  • 2014–2017-ci illərdə baş məşqçisi olduğu dövrdə İnter FK 2 dəfə Azərbaycan çempionu olmuşdur.
  • 2017–2019-cu illərdə baş məşqçisi olduğu dövrdə Marafon Futzal Klubu Azərbaycan 2-ciliyi qazanmış, daha sonra isə Azərbaycan Çempionu olmuşdur.
  • 2021–2022-ci illərdə baş məşqçisi olduğu dövrdə Neftçi Futzal Klubu Azərbaycan Kubokunun sahibi olmuşdur.
  • 2022-ci ilin iyunun 11-də minifutbol üzrə baş məşqçisi olduğu Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olmuşdur.
  • 2022-ci ildə ilin ən yaxşı milli komandası mükafatına layiq görülmüşdür.

İstinadlar redaktə

  1. ""Neftçi" İK-də İlqar Aslanovu Elşad Quliyev əvəzlədi". Football-plus.az (rus). 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  2. "Mini-futbol millimiz Avropa çempionu oldu - Yenilənib". qol.az (az.). 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  3. "Minifutbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olub VİDEO". azertag.az (az.). 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  4. "Azərbaycanın minifutbol millisi Avropa çempionu olub". Report İnformasiya Agentliyi (az.). 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.

Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024