Ernst Happel Haqqinda Melumat - Vikipedia

Ernst Happel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ernst Frants Hermann Happel (29 noyabr 1925[1], Vyana14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi.

Ernst Happel
alm. Ernst Happel
Ümumi məlumatlar
Doğum tarixi 29 noyabr 1925(1925-11-29)[1]
Doğum yeri
  • Vyana, Birinci Avstriya Respublikası[d]
Vəfat tarixi 14 noyabr 1992(1992-11-14) (66 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi müdafiəçi
Karyerası
Gənclik karyerası
Rapid Vyana
Klub karyerası[* 1]
1942—1954 Avstriya Rapid Vyana 177 (8)
1955—1956 Fransa Rasinq Paris 42 (9)
1956—1959 Avstriya Rapid Vyana 63 (17)
1942—1959 Cəmi 282 (34)
Milli yığma[* 2]
1947—1958 Avstriya Avstriya 51 (5)
Məşqçisi olduğu klublar
1962—1969 Niderland ADO Den Haaq
1967 ABŞSan Fransisko Geyls
1969—1973 Niderland Feyenoord
1973—1974 İspaniya Sevilya
1974—1978 Belçika Brügge
1977—1978 Niderland Harelbeke
1979 Belçika Niderland
1979—1981 Belçika Standard Lyej
1981—1987 Almaniya Hamburq
1987—1992 Avstriya Svarovski Tirol
1991—1992 Avstriya Avstriya
Təltif və medalları
Dünya Kuboku
 
Bürünc 1954 İsveçrə

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həm də kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 19701983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze MourinyoYupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviçErik Gerets ilə birlikdə) məşqçidən biridir.

Oyunçu karyerası

redaktə

Klub səviyyəsində

redaktə

Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır.[2]

O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir

Milli yığma səviyyəsində

redaktə

Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir. O, millinin heyətində İsveçrədə keçirilən 1954 Dünya Kubokunda bürünc medalı qazanmışdır və həmçinin 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. Onun millidə sonuncu oyunu 1958-ci ilin sentyabr ayında Yuqoslaviya millisinə qarşı təsadüf etdi. O, 51 oyuna 5 qol vura bilmişdir.[3]

Məşqçi karyerası

redaktə

Oyunçu karyerasını bitirdikdən sonra Happel bütün zamanların ən yaxşı məşqçilərindən birinə çevrildi. O, dörd ölkə liqasının çempionu oldu. O, həmçinin iki klubla Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qızıl medalına yiyələndi və Niderland miliisi ilə 1978 FİFA Dünya Kubokunda ikinci yeri tutdu. Onun ilk klubu 1962-ci ildə müqavilə imzaladığı "ADO Den Haaq" idi, 1968-ci ildə onunla Niderland kubokunda qalib gəldi. "Den Haaq"dan sonra o, "Feyenoord" klubunda işləməyə başladı və onunla Çempionlar Kuboku (final qarşılaşması "Qlazqou Seltik" ilə idi), 1970-ci ildə Qitələrarası kubok və 1971-ci ildə Niderland çempionatının qalibi oldu.

Argentinada keçirilən 1978 FİFA Dünya Kubokuna Happel Niderland millisinin baş məşqçisi idi. O, komanda ilə birlikdə Argentina millisinə qarşı final oyununa qədər irəlləmişdilər. Çox danışmağı sevməyə Happel oyundan öncə fikirlərini oyunçularına ancaq bir cümlə ilə ifadə etdi: "Cənablar, 2 xal". Lakin Niderland komandası əlavə olunan hissələrdən sonra 3–1 hesabı ilə məğlub oldu.

Məşqçi karyerası boyunca Happel "Sevilya", "Brügge" (7 dəfə Belçika çempionatının qalibi oldu) və "Hamburq" (1982 və 1983-cü ildə Bundesliqa çempionu və 1987-ci il Almaniya Kuboku sahibi) kimi bir neçə klubda çalışmışdır.

1983-cü ildə o, yenidən Çempionlar Kubokunu qazandı. Feynoord ilə zəfərdən 13 il sonra qalibiyyətə gətirdiyi növbəti klub "Hamburq" oldu, rəqib isə "Yuventus" idi. O, 2 fərqli klubla Çempionlar Kubokunu (hazırda Çempionlar Liqası adlanır) udan beş məşqçidən biridir. Digərləri Otmar Hitsfeld ("Borussiya Dortmund" və "Bayern Münhen" ilə), Joze Mourinyo ("Portu" və "İnter" ilə), Yupp Haynkes ("Real Madrid" və "Bayern Münhen" ilə) və Karlo Ançelottidir ("Milan" və "Real Madrid" ilə).

1987-ci ildə Happel "Svarovski Tirol" klubunun məşqçisi qismində Avstriyaya geri döndü. Klubla o, 2 dəfə Avstriya çempionatı (1989 və 1990) qazandı və 1992-ci ildə Avstriya milli futbol komandasının baş məşqçisi təyin edildi.

Şəxsi həyatı

redaktə

1938-ci ildə "Rapid Vyana" klubunun bütün gənc oyunçuları avtomatik olaraq Hitleryugend təşkilatının üzvü oldular. Ernst onların mahnıları ilə yanaşı oxumaqdan imtina etdiyini bildirirdi və nəticədə onu toplantılardan qovdular.[4]

1943-cü ildə hərbi xidmətə çağırılaraq Şərq cəbhəsinə göndərildi. Heç vaxt döyüşməsə də, 1945-ci ildə amerikalılar tərəfindən həbs edildi. O, Münhendə qatar vaqonundan atlayaraq qaçdı və Vyanaya qayıtması bir neçə ay çəkdi. Uzaqdan evinin hələ də yerində qaldığını gördüyünü və yenidən "Rapid Vyana"da oynamağa başladığını bəhanə edərək Sovet işğal zonasına girdi.[4]

Ernst Happel heç vaxt evlənmədi. Keçmiş oyunçularından biri Birger Yensen onu bir qədər tənha biri olduğunu və daima əlində siqaret və konyakla gəzən biri kimi təsvir etmişdir.[5] Buna baxmayaraq, Avstriyalı dostlarla görüşürdü və kart oyunları, bilyard və darts oynayırdı.[5]

Vəfatı

redaktə
 
Vyanadakı Ernst-Happel stadionunda lövhə

Yetkin yaşlarında bərk siqaret çəkən Happel 1992-ci ildə 66 yaşında ağciyər xərçəngindən vəfat etdi. Ölümündən sonra Vyanada yerləşən Avstriyanın ən böyük futbol stadionu Prater stadionunun adı Ernst-Happel olaraq dəyişdirildi. Ölümündən dörd gün sonra Avstriya millisi Almaniyaya qarşı oynadı və 0–0 bərabərə qaldı; Happelin furajkası oyun boyunca ehtiyat oyunçular skamyasında qaldı.

Məşqçilik statistikası

redaktə
*Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil

Milli yığma komandaları

redaktə
Komanda Başlama
tarixi
Bitmə
tarixi
Nəticələr
Q Qəl HH M Qalibiyyət %
Niderland 31 avqust 1977 25 iyun 1978 12 8 2 2 06.667
Avstriya 1 yanvar 1992 14 noyabr 1992 9 2 3 4 02.222
Cəmi 21 10 5 6 04.762
*Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil

Nailiyyətləri

redaktə

Oyunçu kimi

redaktə

Məşqçi kimi

redaktə
  • ADO Den Haaq
  • Feyenoord
  • Brügge
    • Belçika çempionatı: 1975–76, 1976–77, 1977–78
    • Belçika Kuboku: 1976–77
    • UEFA Kuboku: 1975–76 (ikinci yer)
    • Çempionlar Kuboku: 1977–78 (ikinci yer)
  • Standard Liège
    • Belçika Kuboku: 1980–81
    • Belçika SuperKuboku: 1981
  • Netherlands
    • FIFA Dünya Kuboku: 1978 (ikinci yer)
  • Hamburger SV
    • Bundesliqa: 1981–82, 1982–83
    • DFB-Pokal: 1986–87
    • Avropa Kuboku: 1982–83
  • Swarovski Tirol
    • Avstriya çempionatı: 1988–89, 1989–90
    • Avstriya Kuboku: 1988–89
  • Fərdi
    • Avropada ilin məşqçisi—Zepp Herberger mükafatı (2): 1978, 1983
    • Avropada Mövsümün məşqçisi: 1982–83
    • France Football-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2019
    • World Soccer-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2013
    • ESPN-a görə tarixin ən yaxşı 14-cü məşqçisi:: 2013

İstinadlar

redaktə
  1. 1 2 Ernst Happel // FBref (çd.).
  2. Team of the Century Arxiv surəti 11 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 fevral 2012 at the Wayback Machine – Rapid Archive
  3. Appearances for Austrian National Team Arxivləşdirilib 2008-12-07 at the Wayback Machine – RSSSF
  4. 1 2 "125 Jaar Club Brugge: het fantastische 'volgasvoetbal' van Ernst Happel, 19/11/1925-14/11/1992 (4) – RW". De Witte Duivel (holland). 2016-11-22. 2020-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  5. 1 2 "Ernst Happel (29/11/1925-14/11/1992), Weense Weltmeister bij Club Brugge, aflevering 2". De Witte Duivel (holland). 2017-11-10. 2019-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Xarici keçidlər

redaktə

Ən Son Axtarılanlar

Fayl:The_history_of_salt_-_with_observations_on_its_geographical_distribution,_geological_formation, Fayl:Selfporruait,_Yeghishe_Tadevosian.jpg Fayl:Regulation_(EU)_2017-1938_of_the_European_Parliamazt_and_of_the_Council_of_25_October_2017_conc Fayl:Later_rueatises_of_S._Athanasius,_Archbishop_of_Alexandria_-_with_notes,_and_an_apptrdix_on_S._ Fayl:PEACEKEEPING_IN_THE_DEMOCRATIC_REPUBLIC_OF_THE_CONGO_(IA_gov.gpo.fdsys.CHRG-106hhrg65150).pdf Fayl:Proceedings_of_the_Rhode_Island_Historical_Society_(IA_proceedingsofrho27rhod).pdf Fayl:Targeting_erosion_conenol_-_basebook_-_methods_and_data,_a_report_from_a_national_project_(IA_t Fayl:Better_plants._V.1_no._6,_September,_1923_-_God's_first_gift_to_man_was_a_beautiful_gardaz_-_(F Fayl:From_the_Cresctrt_city_to_the_Goldtr_gate_(IA_fromcresctrtcity00tazm).pdf EditPageAnal_dəlik Fayl:Act_of_Sedeaznt_(Fees_of_Witnesses_and_Shorthand_Writers_in_the_Sheriff_Court)_(Amazdmazt)_2002 Fayl:California_Digital_Library_(IA_chronologicalhis00savarich).pdf xeberveenu-muharibesi-veteranini-ve-fiziki-qusurlu-sexsi-aldatdigi-deyilen-tikinti-sirketinin-rehbe Özel:AraÄ°n_Verbis_Virtus GlobalUsageRichard_E._Taylor.jpg Fayl:Kashgaria,_eastern_or_Chinese_Turkistan;_historical_and_geographical_sketch_of_the_country,_its Fayl:Cetinje,_Montenegro_-_panoramio_(15).jpg Fayl:The_timber_pines_of_the_southern_United_States._Together_with_a_discussion_of_the_structure_of_ TöhfələrAhuyildiz Fayl:Gazeral_pathology_-_an_inruoduction_to_the_study_of_medicine;_being_a_discussion_of_the_develop
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024