Füzuli rayonu
Bu məqalə Füzuli rayonu haqqındadır. Füzuli şəhəri üçün Füzuli (şəhər) səhifəsinə baxın. |
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Füzuli şəhəridir. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir.[2] 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur.
Rayon | |
Füzuli rayonu | |
---|---|
| |
39°36′01″ şm. e. 47°08′35″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Füzuli |
İcra başçısı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 264 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-FUZ |
Telefon kodu | 994 26 |
Poçt indeksi | 1900 |
Avtomobil nömrəsi | 19 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.[3]
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Aşağı Köndələnçay su anbarı Köndələnçay üzərindədir.
2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, 3 oktyabrda Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Xatınbulaq, Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 22 oktyabrda Yuxarı Rəfədinli, 23 oktyabrda Aşağı Rəfədinli, 28 oktyabr-da Mandılı, 07 noyabr-da Ağbaşlı, Aşağı Güzlək, Yuxarı Veysəlli, Dördlər, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 27 oktyabrda Mollavəli, 09 noyabr-da Dövlətyarlı, Govşatlı, Hüngütlü, Qıyıqçı, Qızıl Qışlaq, Xələfşə, Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Hüseynbəyli, Qaraməmmədli, Merdinli, Mirzəcamallı, Seyid Mahmudlu, Saracıq, Sərdarlı, Şəkərcik, Şıxımlı, Şıxlı, Üçbulaq və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur.
İnzibati quruluşu
redaktəTarixi
redaktəBölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış[4] və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli səhəri Yağlıvənd,Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 17 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995–1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər.[5] Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb.
Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində — 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var.[6]
Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdərovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir.
Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər-sərgilər, güşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskusiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur.
Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2012-ci il Füzuli rayonunda "kitabxana ili" elan olunmuşdur. Mərkəzi kitabxana sisteminə lazım olan qədər kompüter dəstləri alınmış, səyyar telefonlar vasitəsi ilə internetə qoşulmuş, internet saytı açılmış, elektron katoloq yaradılmış və xeyli sayda elektron ədəbiyyatlar alınmışdır.
Rayon MKS-nin kitab fondu bu ilin əvvəlinə: 33430 nüsxə, o cümlədən latın qrafikalı: 32237 nüsxədir, oxucuların sayı 6683 nəfər, kitab dövriyyəsi isə 40303 nüsxə olmuşdur.
Rayon Tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialı rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir. Bundan başqa məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır.
Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət evinin binası yenidən qurulmuşdur. Heydər Əliyev Mərkəzi tikilmiş və mərkəzdəki kitabxanada elektron kataloq yaradılmış, elektron ədəbiyyatlar alınmış, mərkəzdə kompüter kurslarının keçirilməsi üçün bütün işlər görülmüşdür. Mərkəzdə internet şəbəkəsi yaradılmışdır. Mərkəz yeni salınmış Heydər Əliyev Parkında yerləşir. Parkda min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır.
Rayonun işğaldan azad olunmuş ərazilərində 2 tarix və 1 mədəniyyət abidəsi rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mühafizə olunur. Bu abidələrin hər 3-ü erməni işğalı zamanı dağıdılaraq baxımsız hala salınmışdır. Həmin abidələrdən Babı kəndindəki XIII əsrə aid Şeyx Babı Yaqub türbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qazıntı işləri aparılmış və yaxın günlərdə bərpa işlərinə başlanılacaqdır. Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsinin və XIX əsrə aid Böyük Bəhmənli kəndindəki məscid binasının bərpası üçün müvafiq təşkilatlara müraciətlər olunmuşdur.
Füzuli rayon bələdiyyələri
redaktəBƏLƏDİYYƏ ADI | NİZAMNAMƏSİ | İNZİBATİ DAİRƏ ADİ | İNZİBATİ VAHİDİN ADI | VERGİ KODU[7] | STATİSTİKA KODU[8] |
Alxanlı bələdiyyəsi | https://e-qanun.az/framework/45856 | Alxanlı kənd iəd | Alxanlı kəndi | 7501 | 60624007 |
Arayatlı bələdiyyəsi | https://e-qanun.az/framework/45948 | Arayatlı kənd iəd | Arayatlı kəndi | 7502 | 60604007 |
Araz Dilağarda bələdiyyəsi | https://e-qanun.az/framework/56317 | Bala Bəhmənli kənd iəd | Araz Dilağarda kəndi | 7503 | 60630027 |
Araz Zərgər bələdiyyəsi | https://e-qanun.az/framework/57982 | Bala Bəhmənli kənd iəd | Araz Zərgər kəndi | 7504 | 60630037 |
Aşağı Kürdmahmudlu bələdiyyəsi | https://e-qanun.az/framework/45901 | Kürdmahmudlu kənd iəd | Aşağı Kürdmahmudlu kəndi | 7505 | 60620027 |
Aşağı Yağlıvənd bələdiyyəsi | https://e-qanun.az/framework/55299 | Kərimbəyli kənd iəd | Aşağı Yağlıvənd kəndi | 7506 | 60618027 |
Babı bələdiyyəsi | https://e-qanun.az/framework/56707 | Arayatlı kənd iəd | Babı kəndi | 7507 | 60604027 |
Bala Bəhmənli bələdiyyəsi | https://e-qanun.az/framework/55301 | Bala Bəhmənli kənd iəd | Bala Bəhmənli kəndi | 7508 | 60630007 |
Birinci Mahmudlu bələdiyyəsi | Bala Bəhmənli kənd iəd | Birinci Mahmudlu kəndi | 7509 | 60630047 | |
Böyük Bəhmənli bələdiyyəsi | https://e-qanun.az/framework/44426 | Böyük Bəhmənli kənd iəd | Böyük Bəhmənli kəndi | 7510 | 60607007 |
Əhmədalılar bələdiyyəsi | https://e-qanun.az/framework/56547 | Əhmədalılar kənd iəd | Əhmədalılar kəndi | 7511 | 60605007 |
Əhmədbəyli bələdiyyəsi | https://e-qanun.az/framework/44667 | Əhmədbəyli kəndi iəd | Əhmədbəyli kəndi | 7512 | 60606007 |
Əhmədbəyli kəndi iəd | İkinci Mahmudlu kəndi | ||||
Horadiz bələdiyyəsi | Horadiz şəhər iəd | Horadiz şəhəri | 7513 | 60626007 | |
Kərimbəyli bələdiyyəsi | https://e-qanun.az/framework/55471 | Kərimbəyli kənd iəd | Kərimbəyli kəndi | 7514 | 60618007 |
Qazaxlar bələdiyyəsi | https://e-qanun.az/framework/50058 | Əhmədalılar kənd iəd. | Qazaxlar kəndi | 7515 | 60605027 |
Əhmədalılar kənd iəd | Mirzənağılı kəndi | ||||
Mollaməhərrəmli bələdiyyəsi | Arayatlı kənd iəd | Mollaməhərrəmli kəndi | 7516 | 60604037 | |
Şükürbəyli bələdiyyəsi | https://e-qanun.az/framework/56706 | Aşağı Seyidəhmədli kənd iəd | Şükürbəyli kəndi | 7517 | 60633027 |
Yuxarı Kürdmahmudlu bələdiyyəsi | https://e-qanun.az/framework/45797 | Kürdmahmudlu kənd iəd | Yuxarı Kürdmahmudlu kəndi | 7518 | 60620007 |
Zobucuq bələdiyyəsi | https://e-qanun.az/framework/45810 | Birinci Zobucuq qəsəbə iəd | Birinci Zobucuq qəsəbəsi | 7519 | 60638007 |
İkinci Zobucuq qəsəbəs iəd | İkinci Zobucuq qəsəbəsi | ||||
Üçüncü Zobucuq qəsəbə iəd | Üçüncü Zobucuq qəsəbəsi | ||||
Dördüncü Zobucuq qəsəbə iəd | Dördüncü Zobucuq qəsəbəsi | ||||
Beşinci Zobucuq qəsəbə iəd | Beşinci Zobucuq qəsəbəsi | ||||
3 №-li Qayıdış bələdiyyəsi | https://e-qanun.az/framework/29741 | 1 №-li Qayıdış qəsəbə iəd | 1 №-li Qayıdış qəsəbəsi | 7520 | 60640007 |
2 №-li Qayıdış qəsəbə iəd | 2 №-li Qayıdış qəsəbəsi | ||||
3 №-li Qayıdış qəsəbə iəd | 3 №-li Qayıdış qəsəbəsi | ||||
4 №-li Qayıdış qəsəbə iəd | 4 №-li Qayıdış qəsəbəsi | ||||
5 №-li Qayıdış qəsəbə iəd | 5 №-li Qayıdış qəsəbəai | ||||
8 №-li Qayıdış bələdiyyəsi | https://e-qanun.az/framework/29769 | 6 №-li Qayıdış qəsəbə iəd | 6 №-li Qayıdış qəsəbəsi | 7521 | 60644007 |
7 №-li Qayıdış qəsəbə iəd | 7 №-li Qayıdış qəsəbəsi | ||||
8 №-li Qayıdış qəsəbə iəd | 8 №-li Qayıdış qəsəbəsi | ||||
9 №-li Qayıdış qəsəbə iəd | 9 №-li Qayıdış qəsəbəsi | ||||
10 №-li Qayıdış qəsəbə iəd | 10 №-li Qayıdış qəsəbəsi | ||||
1 №-li Qayıdış qəsəbə iəd | 11 №-li Qayıdış qəsəbəsi |
Mədəniyyət
redaktəFüzuli bölgəsində teatr 1913–1914-cü illərdə yaranmışdır. 1989-cu il avqust ayının 04-dən Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin "Hacı Qara", İ.Əfəndiyev "Unuda bilmirəm", C. Məmmədquluzadənin " Danabaş kəndinin əhvalatı", S.S.Axundovun "Eşq və İntiqam", C.Cabbarlının "Aydın", "Almaz" teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisində hərbi əməliyatlar getdiyi vaxt teatr dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir. Rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir. Füzuli rayonunda 12 musiqi məktəbi fəaliyyət göstərir.
Tarixi-dini abidələri
redaktə- Məscid (XVII əsr) – Qarğabazar kəndi
- Məscid (XVIII əsr) – Qoçəhmədli kəndi
- Məscidlər (XIX əsr) – Horadiz kəndi, Dədəli, Qacar, Pirəhmədli, Merdinli, Böyük Bəhmənli kəndləri
- Məscid (1889-cu il) – Horadiz kəndi
- Məscid (XX əsr) – Horadiz kəndi
- Məscid (XIX əsr) – Yuxarı Veysəlli kəndi
- Məscid(XIX əsr) – Araz Dilağarda kəndi
- Sərdərli məscidi (XIX əsr) – Qoçəhmədli kəndi
- Məscid (XIX əsr) — Gecəgözlü kəndi
- Məscid (XIX əsr) – Qoçəhmədli kəndi
- Məscid (XVIII əsr) – Qaradağlı kəndi
- Məscid (XIX əsr) – Qaraxanbəyli kəndi
- Məscid (XIX əsr) – Qorqan kəndi
- Hacı Ələkbər məscidi (XVII əsr)
- Məscid (XIX əsr) – Yal Pirəhmədli kəndi
Ziyarətgahları
redaktə- Məngələnata piri – Qoçəhmədli kəndi
- Mirami piri – Dilağarda kəndi
- İbrahim türbəsi (XVIII əsr) – Aşağı Aybasanlı kəndi
- Palıd ocağı – Böyük Bəhmənli kəndi
- İmamzadə ocağı (XIX əsr) – Horadiz kəndi
- Yel piri – Pirəhmədli kəndi
- Sarı baba ocağı – Qoçəhmədli kəndi
- İlan ocağı – Sərdarlı kəndi
- Pirocaq ocağı – Qacar kəndi
- Şeyx Baba Yaqub türbəsi – Babı kəndi
- Cəlil türbəsi (XIX əsr) – Qarğabazar kəndi
- Mirəli türbəsi (XIV əsr) – Aşağı Veysəlli kəndi
- Arqalı türbəsi (XIII əsr) – Aşağı Veysəlli kəndi
- Arğalı türbəsi (XIII əsr) – Əhmədalılar kəndi
- Türbə (XVIII əsr) – Qarğabazar kəndi
- Türbə (XIX əsr) – Seyidəhmədli kəndi
- Türbə (XIX əsr) – Divanalılar kəndi
- Seyid Əşrəf ocağı — Horadiz kəndi
- İbə piri – Seyidəhmədli kəndi
Tarixi memarlıq abidələri
redaktə- Alı körpüsü (XIX əsr) — Saracıq kəndi
- Kərəm körpüsü (XIX əsr) — Gorazıllı kəndi
- Sandığabənzər başdaşı (1624–1625-ci illər) — Əhmədallar kəndi
- Şah Abbas karvansarası – Qarğabazar kəndi
- Şah Abbas məscidi (1683–1684-cü illər) — Qarğabazar kəndi
- XII əsrə məxsus qəbiristanlıq — Aşağı Veysəlli kəndi
- Baba Yaqub daş məqbərəsi (1282–1284-cü illər) – Babı kəndi
- Oğuz qəbri – İşıqlı kəndi
- Karvansara (XVII əsr) – Qarğabazar kəndi[9]
İqtisadiyyat
redaktəFüzuli rayonunun ümumi sahəsi 1390 kvadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür. 2011-ci ildə əhalinin sayı 1.5 min nəfər, yaxud 1,3 % artaraq 115.6 min nəfər olmuşdur.
2011-ci ildə Füzuli rayonunda istehsal edilmiş 88.1 milyon manatlıq məhsulun və xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsinin payına düşür.
Kənd təsərrüfatı
redaktəFüzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan — tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70% — ni təşkil edir. 16 təsərrüfatda islahatı aparılmışdır, 5437 ailəyə 8804 ha torpaq sahəsi paylanmışdır. Orta hesabla bir ailəyə 0.40 ha torpaq sahəsi düşür.
Füzuli rayonu 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə dinamik artıma nail olmuşdur.
2011-ci il yanvar-dekabr ayları ərzində taxıl istehsalı 65730 ton, arpa istehsalı 1221 ton, pambıq istehsalı 638 ton, şəkər çuğunduru istehsalı 30516 ton, kartof istehsalı 1608 ton, üzüm istehsalı 175 ton, meyvə istehsalı 1010 ton, tərəvəz istehsalı 5750 ton, bostan məhsulları istehsalı 4652 ton təşkil etmişdir.
2011-ci ildə diri çəkidə 2027 ton ət, 9611 ton süd, 5911 min ədəd yumurta və 151 ton yun istehsal olunmuşdur. 2010-cu illə müqayisədə ət istehsalı 114 faiz, süd istehsalı 124.8 faiz, yumurta istehsalı 129 faiz, yun istehsalı 102.7 faiz artmışdır.
Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iri buynuzlu mal-qara sayı 1.8 — faiz, onlardan inək və camışların sayı 0.1 faiz, qoyun və keçilərin sayı 0.7 faiz artmışdır.
Sənaye
redaktəFüzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur.
2012-ci ilin əvvəlinə rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2011-ci ildə sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 2.4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2011-ci ildə rayon sənayesinin ümumi məhsulunda qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 0.3 faiz təşkil etmişdir. 2011-ci il ərzində sənaye müəssisələri istehlakçılarına 2.4 milyon manatlıq xidmət göstərmişdir. 2012-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrində çalışan muzdlu işçilərin sayı 339 nəfər təşkil edir, işləyənlərin orta aylıq nominal əmək haqqı 142 manat olmuş və əvvəlki illə müqayisədə 13.2 faiz artmışdır.
İstehlak bazarı. 2011-ci ildə Füzuli rayonunda 35 kiçik ticarət müəssisəsi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 160 fiziki şəxs ticarət fəaliyyəti göstərmişdir.
2011-ci ildə Füzuli rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin (iaşənin dövriyyəsi daxil edilməklə) həcmi 12596.9 min manat olmuş və 2010-cu illə müqayisədə 12 faiz artmışdır.
Pərakəndə əmtəə dövriyyəsinin 35 faizi hüquqi şəxslərin, 65 faizi isə bazarlarda və çadırlarda fəaliyyət göstərən fiziki şəxslərin payına düşür.
2011-ci ildə əhaliyə 5714.4 min manatlıq və ya 2010-cu illə müqayisədə 14 faiz çox müxtəlif növ pullu xidmətlər göstərilmişdir.
Hüquqi şəxslər üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 mln manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini tərəfindən ticarət şəbəkəsindən 220 manatlıq və ya 2010-cu illə müqayisədə 30 faiz çox istehlak malları alınmışdır.
Füzuli rayon statistika idarəsi işçiləri tərəfindən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, 2011-ci il ərzində əhaliyə 45 adda yeni istehlak mallarının satışı və 3 yeni xidmət növü fəaliyyət göstərmişdir. Təhlil zamanı məlum olmuşdur ki, göstərilmiş yeni fəaliyyət növləri yeni ticarət və xidmət obyektlərinin istifadəyə verilməsi nəticəsində olmuşdur.
Əmək bazarı
redaktəFüzuli rayonunun iqtisadiyyatında məşğul olanların sayı 2010-cu ildə 73254 nəfər, 2011-ci ilin yanvar-dekabr aylarında isə 73610 nəfər təşkil etmişdir.
Rayonun müəssisə, idarə və təşkilatlarında çalışan muzdlu işçilərin siyahı sayı 2010-cu ildə 15287 nəfər və 2011-ci ilin yanvar-dekabr aylarında 15378 nəfər olmuşdur.
Məşğulluq xidməti orqanları tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 766 nəfər təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı 2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə 26 nəfər olmuşdur.
Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 2010-cu ildə 196,9 manat və 2011-ci ilin yanvar-dekabr aylarında 210,4 manat təşkil etmişdir. Son illər ərzində rayon üzrə yüksək orta aylıq nominal əmək haqqı iqtisadiyyatın təhsil, elektrik enerjisi, qaz və ya suyun istehsalı və bölüşdürülməsi, maliyyə fəaliyyəti, tikinti, dövlət idarəeetməsi və müdafiə sahələrində müşahidə olunmuşdur.
Yeni iş yerlərinin açılması. Füzuli rayonunda 2011-ci ildə 1575 yeni iş yeri açılmış, onların 490 daimi iş yeri olmuşdur. İl ərzində rayonda açılmış daimi iş yerlərinin 32,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 67,7 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır.
2011-ci ildə rayon üzrə açılmış 1575 yeni iş yerinin 490 daimi iş yerləri, 75 digər tədbirlərin keçirilməsi məqsədilə idarə və müəssisələrdə, 1010 isə mövsümü iş yerləri olmuşdur.
Pensiya təminatı
redaktə2012-ci ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsində 10516 nəfər pensiyaçı qeydiyyatda olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə təyin olunmuş aylıq pensiyaların orta mbləği 30 faiz artaraq 130.8 manat təşkil etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2011-ci il ərzində rayonda 4088 nəfər sosial müavinət, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 243 nəfər isə təqaüd almışdır. 1059 az təminatlı ailənin 4766 üzvü ünvanlı dövlət sosial yardımı almış, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 100 manat olmuşdur.
Təhsil
redaktəFüzuli rayonunda 1-i ibtidai, 5-i ümumi orta, 74-ü tam orta, 1- gimnaziya olmaqla fəaliyyət göstərən ümumtəhsil məktəblərinin sayı 81-dir. 2002–2008 ci illər ərzində 18 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bunlardan 8 məktəb binası Qayıdış qəsəbələrində; 2 saylı Qayidış qəsəbəsində 120 şagird yerlik ,1,3,4,5 saylı Qayıdış qəsəbələrində 135 şagird yerlik 6,7,8 saylı Qayıdış qəsəbələrində 198 şagird yerlik, Aşağı Alxanlı kəndində 132 şagird yerlik, Araz Dilağarda kəndində 120 şagird yerlik,Qarabulaq kəndində 180 şagird yerlik, Aşağı Alxanlı kəndində (Kolluda) 80 şagird yerlik,Sumqayıt şəhərində 90 şagird yerlik və Zobucuq qəsəbələrinin hər birində 288 şagird yerlik 5 məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbələri
redaktəRayonun 17 qəsəbəsi vardır.
- 1 №-li Qayıdış qəsəbəsi
- 10 №-li Qayıdış qəsəbəsi
- 11 №-li Qayıdış qəsəbəsi
- 2 №-li Qayıdış qəsəbəsi
- 3 №-li Qayıdış qəsəbəsi
- 4 №-li Qayıdış qəsəbəsi
- 5 №-li Qayıdış qəsəbəsi
- 6 №-li Qayıdış qəsəbəsi
- 7 №-li Qayıdış qəsəbəsi
- 8 №-li Qayıdış qəsəbəsi
- 9 №-li Qayıdış qəsəbəsi
- Beşinci Zobucuq
- Birinci Zobucuq
- Dördüncü Zobucuq
- Fin qəsəbəsi
- İkinci Zobucuq
- Üçüncü Zobucuq
Əhalisi
redaktə- 1999-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında
ərazi | cəmi | kişi | qadın | |||
---|---|---|---|---|---|---|
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Füzuli rayonu | 111905 | 100,0 | 50687 | 100,0 | 61218 | 100,0 |
Şəhər əhalisi | 41674 | 37,24 | 18507 | 36,51 | 23167 | 37,84 |
Kənd əhalisi | 70231 | 62,76 | 32180 | 63,49 | 38051 | 62,16 |
Etnik tərkibi
redaktə
|
|
|
|
Diqqətəlayiq şəxsləri
redaktə- Ağabala Abdullayev — klassik Azərbaycan xanəndəsi.
- Səyyad Əlizadə — Azərbaycan müğənnisi.
- İslam Rzayev — xanəndə, Xalq artisti.
- Süleyman Abdullayev — əməkdar artist[11]
- Qəndab Quliyeva — xalq artisti
- Vüqar Bayramov — İqtisadçı, VI Çağırış Milli Məclisinin Deputatı
- Cəmil Əlibəyov — yazıçı.
- Nemət Veysəlli — jurnalist, yazıçı.
- Seyran Səxavət — şair, dramaturq, tərcüməçi.
- Hətəm Quliyev — Akademik.
- Hikmət Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun komandiri.
- Vaqif Bəhmənli — şair, publisist, tərcüməçi, əməkdar mədəniyyət işçisi.
- Umud Rəhimoğlu (Mirzəyev) — Jurnalist, əməkdar mədəniyyət işçisi.
- Arif Quliyev — texnika elmləri doktoru, professor.
- İlyas Əfəndiyev — nasir, dramaturq, Azərbaycanın xalq yazıçısı.
- Akif Musayev — iqtisad elmləri doktoru, professor.
- Qabil Əliyev — tarix elmləri doktoru, professor.
- Bahar Muradova — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat.
- İqbal Ağazadə — siyasətçi.
- Qubad Bayramov — iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri.
- Əfsər Cavanşirov — bəstəkar, "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri.
- Bəhram Nəsibov — bəstəkar, şair.
- Rafiq Atakişiyev — rejissor.
- Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
- İldırım Cabbarov — Teatr Rejissoru
- Şükür Şənol — şair
- Elçin Həşimov — Azərbaycan Respublikasının xalq artisti.
Füzulidən olan milli qəhrəmanlar
redaktə- Quliyev Nazim Qabil oğlu (1965–1992)
- Fərzəliyev Pəhlivan Əhliman oğlu (1958–1992)
- İbrahimov Rasim Səxavət oğlu (1962–1992)
- Məmmədov Seymur Qəhrəman oğlu (1971–1992)
- Zülfüqarov Elxan Qaçay oglu (1954–1994)
- Rəfiyev Faiq Qəzənfər oğlu (1955–1992)
- Kərimov Bəşir Bəylər oğlu (1976–1995)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Füzuli rayonu". 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ "Füzuli rayonu". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı — Mütərcim — 2013
- ↑ "Azərbaycan-Ermənistan münaqişəsi demoqrafik və miqrasiya aspektləri". 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-16.
- ↑ "Füzulidə 200-dən artıq partlamamış döyüş sursatı zərərsizləşdirilib — gun.az". 2011-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-04.
- ↑ TAXES.GOV.AZ. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı". Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı - Taxes.Gov.Az (ingilis). İstifadə tarixi: 2024-11-05.
- ↑ BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Azərbaycanın Əhalisi". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-15.
- ↑ (#empty_citation)
Mənbə
redaktə- Füzuli Arxivləşdirilib 2008-09-25 at the Wayback Machine