Muğan FK Haqqinda Melumat - Vikipedia

Muğan FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Muğan FK

Fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu

Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir.

Muğan FK
Loqonun şəkli
Ölkə
Rəng(lər) narıncı,
Yaranma tarixi 2007
Bağlama tarixi 2012
Stadionu Salyan Olimpiya İdman Kompleksinin Stadionu
Tutumu 2000
Prezidenti Surxay Əhmədov
Baş məşqçisi Əsgər Abdullayev
Liqa Azərbaycan Birinci Divizionu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhbərlik

redaktə
  • Prezident: Surxay Əhmədov
  • Vitse-prezident: Yaşar Məmmədov
  • Transfer işləri üzrə vitse-prezident:Bəhruz Şirəliyev
  • Mətbuat katibi: Rövşən Abdullayev[1]

Rəmzlər

redaktə

Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir.
Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.[2]

İstinadlar

redaktə
  1. "Rəhbərlik". 2010-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-20.
  2. "Rəmzlər". 2010-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-20.

Xarici keçidlər

redaktə

Saytda 238 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024