Saleh Salahzadə Haqqinda Melumat - Vikipedia

Saleh Salahzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Saleh Tağı oğlu Salahzadə (26 avqust 1953, Laçın7 mart 2023, Bakı) — Azərbaycan idman jurnalisti, ssenarist, teatrşünas, rejissor.[1]

Saleh Salahzadə
Saleh Tağı oğlu Salahzadə
Doğum tarixi 26 avqust 1953(1953-08-26)
Doğum yeri
Vəfat tarixi 7 mart 2023(2023-03-07) (69 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist,
ssenarist,
teatrşünas,
rejissor

Həyat və fəaliyyəti redaktə

Saleh Tağı oğlu Salahzadə 26 avqust 1953-cü ildə Laçında anadan olub. Orta təhsilini XocalıAğdamda alıb. Hərbi xidmətdə ikən Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini bitirib[2]. 1975-ci ildən Bakı Dəniz Limanında doker-mexanizator[3], "Bakıbaştikinti"də nəqliyyat sxeminin ustası və texniki təchizat şöbəsinin rəisi, "Xəzərdənizneft" İstehsalat Birliyinin "Neft Daşları" DNQÇİ-də qazmaçı köməkçisi, tərbiyəçi müəllim kimi müxtəlif vəzifələrdə çalışıb.

1979–1983-cü illərdə Neft Daşlarında fəaliyyət göstərən "Xəzərfilm" kinostudiyasının rejissoru və bədii rəhbəri olmuşdur[4][5].

1989-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Gənclik", "Tədris-maarifliçilik", "Hərbi vətənpərvərlik", "İctimai-siyasi" proqramlar redaksiyalarında müxbir, redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb[3][6]. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin böyük redaktoru olub.

ATƏT-lə və BBC-nin birgə layihəsi olan "Müharibə və seçkilər şəraitində jurnalist işi" xüsusi kursunu bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin İctimai-siyasi proqramlar və Hərbi vətənpərvərlik baş redaksiyalarında[4], eləcə də "Bakinski raboçi" qəzetinin cəbhə bölgəsi üzrə xüsusi müxbiri kimi döyüşlərdən proqramlar, materiallar hazırlayarkən dəfələrlə təhlükə ilə üzləşmiş və xəsarət alıb[3][6].

Azərbaycanda ilk müstəqil teleradio yayımı şirkətlərindən olan İCBC "SARA"-nın baş redaktoru[4][3], "Bakılı" PFK-nın vitse-prezidenti, "AssA-İrada" İnformasiya Agentliyində və "Azernews" qəzetinin redaktoru kimi çalışıb. Azərbaycanda ilk müstəqil idman jurnalı olan "Sportsman"ın baş redaktoru və direktoru vəzifələrində işləyib[4]. "Yeni hakimiyyət" ictimai-siyasi hüquq qəzetinin ictimai əsaslarla baş məsləhətçisi, "Mədinə" ictimai-publisistik jurnalının baş redaktoru olub. Mütəmadi olaraq respublikanın kütləvi informasiya vasitələrində öz aktual yazıları ilə çıxış edib.

"Bakı", "Ədəbiyyat və incəsənət", "Xalq", "Ekran-efir", "Neft Daşları", "Azərbaycan gəncləri", "İlham", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Açıq söz" , "Нефтянник" (Moskva), "Brend dünyası" jurnallarında , "Adi cinayət işi" , "Ləqəbi Lukaçdır", "Qərib cinlər diyarında", "And dağları üzərində zülmət", "Soyuq divarlar arasında iki saatlıq", "Qodo həsrəti", "Adını mən verdim" kinofilmlərinə resenziya[7], İsmayıl Dağıstanlı, Ağahüseyn Kərimov, Hacıməmməd Qafqazlı, Hamlet Xanızadə, Hacı İsmayılov, Rafiq Əzimov, Akif Əli, İlham Namiq Kamal[8] və digər tanınmış kinoaktyorlar, sənət adamları haqqında portret oçerklərin[9], "Оглянись к истокам своим", "Bu sirli-sehrli qutu", "Мухаммед Физули, как театральный критик", "Охотник, поэт, Гражданин Самед" kimi analitik yazıların müəllifidir. Hal-hazırda "Brend dünyası" jurnalının baş redaktorudur[10].

Rejissor Vasif Babayevlə Amerika Hüquqşünaslar Assosiasiyasının sifarişi ilə çəkilmiş filmin ssenaristidir. Rejissor Yalçın Əfəndiyevlə Azərbaycan–Türkiyə diplomatik münasibətləri tarixindən bəhs edən "Dönüş" filminin[3], eləcə də Neftçilər Xəstəxanasının 50 illiyinə həsr olunmuş kinosalnamənin ssenari müəllifidir. Ssenari müəllifi və rejissoru olduğu "Sahil yaxınlaşır", "Dəniz üzərində bağ", "Müdhiş oyunlar" və "Bioenerji və kainatın sirləri" filmləri müxtəlif vaxtlarda "Kinomarina", UNİKA beynəlxalq festivallarının müxtəlif mükafatlarına layiq görülüb[3][6].

"Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri" təşkilatının baş katibidir[3]. Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının[11], Siyasi-Məhbus Problemi üzrə vətəndaş Nəzarəti Şurasının və Azərbaycan "Bilik" cəmiyyətinin[1], 2006-cı ildən Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür[12].

Mükafatları redaktə

2006, 2007, 2008-ci illərin yekunlarına görə Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman NazirliyiAzərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən fəxri fərman və diplomlarla təltif edilib[11][13].

2010-cu ildə "İlin ən yaxşı idman jurnalisti" adına layiq görülüb[14][15]. 26 avqust 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Filmoqrafiya redaktə

  1. Xəzərin qara qızılı (film, 1981) — redaktor
  2. Sahil yaxınlaşır (film, 1982) — redaktor
  3. Dəniz üzərində bağ (film, 1983) — rejissor, ssenarist
  4. Müdhiş oyunlar (film, 1983) — rejissor, ssenarist
  5. Baykaldan Amura yol (film, 1984)
  6. Səlim Həqqi Dünyası (film, 1991) — rejissor, ssenarist
  7. Yuğ yuğlama (film, 1991) — ssenarist
  8. Qəlbimizdə bir ad yaşar (film, 1992) — ssenarist
  9. Hamı bəxtəvər sanır, amma… (film, 1992) — rejissor, ssenarist
  10. Meydan (film, 1992) — rejissor, ssenarist (üç hissəli; İsmayıl Ömərov və Azad Məmmədovla)
  11. Qarabağ şahinləri (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla)
  12. Onların suçu nədir? (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla)
  13. Buradan bir atlı keçdi (film, 1992) — ssenarist
  14. Vətən mənə oğul desə (film, 1992) — ssenarist
  15. Əgər yaşasaydı (film, 1992) — ssenarist
  16. Son qumbara (film, 1992) — ssenarist
  17. Bumeranq (film, 1992) — ssenarist
  18. Pirlərə aparan yol (film, 1993) — redaktor
  19. Atikva dostluq deməkdir (film, 1994) — redaktor
  20. Dönüş (film) — ssenari müəllifi
  21. Xocalının son günləri (film, 1999) — rejissor, ssenarist
  22. Doktor Mahmudəli Çöhrəqani siz kimsiniz?! (film, 1999) — rejissor, ssenarist
  23. Siz bunu bilmək istəyirsiniz (film, 1999) — rejissor, ssenarist
  24. Bioenerji kainatın sirləri (film, 2001)
  25. İşdə cinsəl zorakılıq (film, 2002) — ssenari müəllifi
  26. Qız uşaqlarının təhsil problemləri (film, 2002) — ssenari müəllifi
  27. Qadına qarşı şiddət (film, 2002) — ssenari müəllifi
  28. Ailə tərbiyəsi, serebral iflic xəstəlikli uşaqlar və QHT (film, 2002) — ssenari müəllifi
  29. Uşaqların bədii-estetik tərbiyəsi (film, 2002) — ssenari müəllifi

İstinadlar redaktə

  1. 1 2 "Veteran jurnalistlər". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. Sportsmedia. "Veteran jurnalistlər. Saleh Salahzadə" (az.). Sportsmedia. 09.07.2018. İstifadə tarixi: 2022-09-25.[ölü keçid]
  3. 1 2 3 4 5 6 7 Sevinc Mürvətqızı. "Bu yaşdan boylanıb geriyə baxanda". //525-ci qəzet.- 2008.- 30 avqust, səh. 21
  4. 1 2 3 4 Bayram Afurcalı. "Mənim tanıdığım Saleh". //Bütöv Azərbaycan.- 2012.- 24–31 oktyabr, səh. 12
  5. Şəhla Bürcəliyeva. "Xəzərin sularından kino lentlərinə" (az.). Azərbaycan Milli Kitabxanası. 16.09.2011. İstifadə tarixi: 2022-09-25.
  6. 1 2 3 "Qaraçorludan Laçınadək". //Azad Azərbaycan.- 2009.- 3 fevral, səh. 7
  7. İltifat Mirzəbəyli. "Adını mən verdim…" (Türkiyə Cümhuriyyətinin 75 illiyi ərəfəsində çəkilmiş bir film barədə). //Xalq.- 1998.- 29 iyul, səh. 4
  8. Saleh Salehzadə. "Allahın bəxtəvər bəndəsi" (az.). 525-ci qəzet. 16.01.2014. İstifadə tarixi: 2022-10-01.
  9. Saleh Salahzadə. "Allahın bəxtəvər bəndəsi". //Ulduz.- 2014.- № 1, səh. 50
  10. Şahanə Müşfiq. ""Brend dünyası"nın yeni sayı" (#bad_url) (az.). 525-ci qəzet. 21.01.2018. 2013-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  11. 1 2 "5 il sizinlə". //Sportsman.- 2009.- yanvar, səh. 33
  12. Azərbaycan Respublikası Əsilzadələr Məclisini. Şəhadətnamə № 614
  13. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. "Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib" (az.). Gənclər və İdman Nazirliyi. 22.07.2015. İstifadə tarixi: 2022-10-06.
  14. Futbolpress. "AİJA-ya görə ilin ən yaxşıları" (az.). Futbolpress. 25.12.2010. İstifadə tarixi: 2022-10-06.
  15. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası. "İlin yekunları - 2010" (az.). AİJA. 25.12.2010. 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.

Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024