Sergey Markelov Haqqinda Melumat - Vikipedia

Sergey Markelov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sergey Mustafa Levent oğlu Markelov (rus. Маркелов, Сергей Мустафа Левент оглы; d.  24.05.1994, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu, "Çinar-Zəngilan(region liqası)" futbol klubunun hücumçusu.

Sergey Markelov
Ümumi məlumatlar
Tam adı Sergey Mustafa Levent oğlu Markelov
Doğum tarixi (30 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 180
Çəkisi 78 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Xəzər Bakı
Nömrəsi 27
Karyerası
Gənclik karyerası
2006—2007 Azərbaycan Qarabağ
2007—2007 Azərbaycan Bakı
2009—2012 Azərbaycan İnter Bakı
Klub karyerası[* 1]
2012—2013 Azərbaycan Muğan
2013—2014 Ukrayna Metalist Xarkov (U-21)
2015–2016 Azərbaycan Bakılı
2016 Azərbaycan Qaradağ Lökbatan
2017—2022 Azərbaycan Xəzər 4 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 30 noyabr 2017 tarixində redaktə olunub.

Həyatı redaktə

Sergey Markelov 1994-cü ildə Bakı şəhərində anadan olub. Milliyətcə türkdür, müsəlmandır (atası türk, anası rusdur). Boyu 180 sm, çəkisi 78 kg-dır. Bakı şəhəri 9 saylı orta məktəbi bitirib. Ali təhsilini Ukraynanın Karazin adına İqtisad Universitetinin maliyyə və kredit fakültəsində alıb. Futbol oynamağa 8 yaşında "Xudafərin" uşaq futbol klubunda başlayıb. İlk məşqçisi Elbrus Rzayev olub. 12 yaşına qədər bu məşqçinin rəhbərliyi altında futbolun sirrlərini öyrənib.Futboldan başqa MMA döyüşü və karate ilə məşğul olub. Karate üzrə sarı kəmər sahibidir. Ailəlidir, bir qız övladı var. Azərbaycan dilindən başqa rus, türk və ingilis dillərini bilir.

Klub karyerası redaktə

Futbolda ilk addımlarını "Qarabağ"da atıb.2006-2007-ci illərdə ağdamlıların uşaq yaş qrupunda oynayıb.2007-2009-cu illərdə "Bakı" klubunun, 2009-2012-ci illərdə isə "İnter" klubunun aşağı yaş qruplarında çıxış edib.

2012-2013-cü illərdə Birinci Divizionun "Muğan" klubunun əvəzedici heyətində oynayıb.

2013-2014-cü illər arası 1 il 4 ay ərzində Xarkovun "Metalist" klubunda legioner həyatı yaşayıb. 2015-ci ildə Bakıya qayıdaraq, yarım mövsüm "Bakılı" klubunun şərəfini qoruyub[1].Daha sonra altı ay "Qaradağ Lökbatan" klubunun formasını geyinib.

2017-ci ilin yayından etibarən Birinci Divizionun "Xəzər" klubunun futbolçusudur.[2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Qərb derbisini "Turan Tovuz" qazandı, "Zaqatala" "Bakılı"nı məğlub etdi". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  2. "Premyer Liqa klubları "birincilər"ə toy tutdu". 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Xarici keçidlər redaktə


Saytda 10 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024