Seyid Şuşinski Haqqinda Melumat - Vikipedia

Seyid Şuşinski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seyid Şuşinski

Azərbaycan xanəndəsi

Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889[1], Horadiz1 noyabr 1965[1], Bakı) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb.

Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski
Seyid Şuşinski 1919-cu ildə
Seyid Şuşinski 1919-cu ildə
Ümumi məlumatlar
Doğum adı Mir Möhsün ağa Seyid İbrahim oğlu Şuşinski
Doğum tarixi
Doğum yeri Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Fəxri xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1904—1965
Janrlar xalq mahnısı, muğam
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

redaktə

Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə dövrünün savadlı və açıqfikirli qadını, xalası Məşədi Nurzad məşğul olub.[2] Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn CavidinMirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.[3]

Mükafatları

redaktə

Filmoqrafiya

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Bibliothèque nationale de France Seyid Shushinski // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Mədəniyyət TV. "Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi" (az.). Youtube.com. 14.04.2024. İstifadə tarixi: 2024-04-14.
  3. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-18.

Xarici keçidlər

redaktə

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024