Vikipediya:KM Haqqinda Melumat - Vikipedia

Vikipediya:KM Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı

(Vikipediya:KM səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:2 saat öncə, Gadir tərəfindən "Vikipediya senzura yeri deyil" mövzusunda


"Vəzifəli şəxs" şablonundan bayraqların çıxarılması

redaktə

Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)Cavabla

Bu məsələ xatırladığım qədəri ilə bir neçə dəfə müzakirə olunub. Məncə, qalsın. Ruvikidə də belədir. Atakhanli (müzakirə) 09:20, 24 iyul 2024 (UTC)Cavabla
O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)Cavabla
Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)Cavabla
Onu başqa başlıqda müzakirə edə bilərik, bu başlıq niyə açılıb bəllidir. Hörmətlə, Gadirmüzakirə 12:06, 24 iyul 2024 (UTC)Cavabla
Əksinə, məncə, daha yaxşı görünür vizual cəhətdən. Sadəcə vəzifəli şəxslərdə az qala şöbə müdirin də şablonda parametrdə yazırlar. bu olmasın gərək Atakhanli (müzakirə) 12:18, 24 iyul 2024 (UTC)Cavabla
Qalmasında problem görmürəm. Vizual olaraq da pis görüntüsü yoxdur. Hörmətlə, Patriot (müzakirə) 20:01, 24 iyul 2024 (UTC)Cavabla
  • +  Lehinə: ++++ çoxdandır lazım idi. vizual olaraq heç gözəl görünmür. sadə və ciddi olmalıdır şablonlar. bayraq, gerb, dövlət orqanının loqosu çox "şit" edir şablonu. Grenzsoldat 20:06, 24 iyul 2024 (UTC)Cavabla
  • +  Lehinə: — Bayraq və gerb olmasına ehtiyac yoxdur. Vusalsuvarov1996 (müzakirə) 07:07, 25 iyul 2024 (UTC)Cavabla
  • +  Lehinə: Düşünülənin əksinə, heç də hər vəzifəli şəxsin məqaləsindəki şablonda bayraq və gerbdən istifadə olunmayıb. Məsələn, Putin, Ərdoğan kimi (bunlar hələ Azərbaycan dilli oxuyucunun marağını daha çox cəlb edən vəzifəli şəxslərdəndir). Daha çox azərbaycanlıların məqaləsində buna rast gəlmək olar. Ya bütün məqalələrdə bu tətbiq edilməlidir, ya da heç birində. Başlıqdan şəxsin hansı dövləti və qurumu təmsil etdiyi açıq-aşkar görünür, bu səbəbdən parametrin silinməsinin informativlik və əlçatanlıq baxımdan hansısa problem yaradacağını düşünmürəm. Bir halda ki, bu parametrlər ancaq azərbaycanlılara münasibətdə tətbiq olunur, problem olacağını heç düşünmürəm; onsuz da şəxsin məqaləsinə daxil olan kimi Azərbaycan vəzifəli şəxsi olduğu məlum olur və bayrağın olub-olmaması nəyisə dəyişmir, sadəcə vizuallığa xidmət edir. --Firuza (müzakirə) 16:10, 12 avqust 2024 (UTC)Cavabla
@Toghrul R bəylə əvvəl bunu müzakirə etmişdik. Vizuallığı pozan və istifadəçilər tərəfindən düzgün istifadə olunmayan parametrdir. Məsələn: AzSSR dəfələrlə bayraq gerb dəyişib, amma çox istifadəçi buna diqqət yetirməyərək son versiyanı istifadə edir. Eləcə də, Azərbaycan Respublikasının bayrağının rəngləri 2018-ci ildə dəyişib. Lazımsızdır. Ləğv olunmalı, məqalələrdən botlarla təmizlənməlidir. Dr.Wiki54 (müzakirə) 07:35, 25 iyul 2024 (UTC)Cavabla
Bir az da fikir gəlsə çıxara bilərik, çünki saxlanılması yönündəki şərhlər sadəcə "mən bəyənirəm" prizmasındandır, "qalsın problem deyil" deyə qeyd olunub. Sadəcə vizuallıq söhbəti deyil. Çıxarılması üçün bildirilən arqumentlər daha tutarlıdır. Hörmətlə, Gadirmüzakirə 07:56, 31 iyul 2024 (UTC)Cavabla
  • −  Əleyhinə: Oxucunun məqaləyə daxil olduqda ilk baxışdan məqalənin mövzusu haqqında fikir sahibi olması üçün şablonların mövzuya uyğun kiçik fərqləndirici xüsusiyyətlərinin olmasının tərəfdarıyam. Təbii ki, söhbət hər şablonun bir rəng olmasından, bəzəkli ornamentlərdən filan getmir. Nümunə üçün, Alim şablonunda fərqli elm sahələri üçün şablonun başlığında ona uyğun piktoqram təsvir var. Fikrimcə "vəzifəli şəxs" şablonundakı bayraq və gerb də bu şablonun vizual olaraq fərqləndirici xüsusiyyətinə çevrilib. Məqaləyə daxil olduqda və şablondakı bu vizual xüsusiyyəti gördükdə məqalənin məzmunu haqqında oxucuda müəyyən fikir formalaşır. Şablonun uzun müddətdir belə olması və daimi oxucuların buna öyrəşməsi bir yana, bu, elə bir xüsusiyyətdir ki, vikiyə ilk dəfə daxil olan şəxs belə şablonun dizaynından rahatlıqla bioqrafiyanın kimliyi və məqalənin mövzusu haqqında ilkin fikir sahibi ola bilər. Yanlış istifadə ehtimalının şablonun parametrinin ləğvi üçün səbəb ola biləcəyini düşünmürəm. Bu cür düşünsək yanlış istifadə olunan N qədər şablon və parametr var. Ya da baş açmağın çətin olduğu şablonlar var, hansı ki, yeni istifadəçilər yanlış istifadə edirlər. Dediyim kimi, vizual olaraq informativdir, estetika olaraq isə xeyr, heç də pis görünmür. Kiçik piqtoqramdan gedir söhbət, şablonun başlığında böyük bayraq və gerb şəkli yerləşdirilməyib ki. --Sura Shukurlu (müzakirə) 11:33, 31 iyul 2024 (UTC)Cavabla
  • −  Əleyhinə: qalmasında problem görmürəm. — Xeyal (müzakirə) 12:00, 3 avqust 2024 (UTC)Cavabla
    −  Əleyhinə:@Sura Shukurlu xanımın fikrləri ilə tam raıyam şablonda qalması daha uyğundur - Rosh060 (müzakirə) 14:24, 5 avqust 2024 (UTC)Cavabla
  • −  Əleyhinə: şablonların əsas funksiyasına ziddir.-Rəcəb Yaxşı (müzakirə) 08:03, 9 avqust 2024 (UTC)Cavabla
  • −  Əleyhinə: Qalması daha uyğundur. Redivy (müzakirə) 12:02, 10 avqust 2024 (UTC)Cavabla
  • −  Əleyhinə: Bayraqların çıxarılmasına qarşıyam.

Vikipediyada "Vəzifəli şəxs" şablonunda bayraqların saxlanılması vacibdir, çünki onlar məlumatın vizual təmsilini zənginləşdirir və oxucuların həmin şəxsin mənsub olduğu ölkəni dərhal tanımasına kömək edir. Bayraqlar coğrafi və milli konteksti vurğulayır, bu da xüsusilə dövlət adamları, diplomatlar və beynəlxalq səviyyədə tanınmış şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Bayraqların olması məqalələri daha informativ və istifadəçi dostu edir. Bununla yanaşı, oxucuların Vikipediyadan əldə etmək istədiyi məlumatları tez və effektiv şəkildə almasını təmin edir. Bayraqların çıxarılması oxucu təcrübəsini zənginləşdirən vizual elementləri azaltmaq deməkdir, bu isə məncə, məqbul deyil. --A.Aida88 (müzakirə) 08:35, 3 sentyabr 2024 (UTC)Cavabla

Kukla siyasətinin qəbul edilməsi

redaktə

Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)Cavabla

əslində xırda bir şeydir, amma əgər uyğundursa mətndə istifadə olunan “cəmiyyət” sözünü “icma” sözü ilə əvəz etsək vikiyə məncə, daha yaxın olar. qaydaları tam oxuyub fikirlərimi bildirəcəm. təşəkkürlər, əlinizə sağlıq 😁 Atakhanli (müzakirə) 04:46, 26 iyul 2024 (UTC)Cavabla
Dəyişə bilərsiniz, problem deyil. Nemoralis (müzakirə) 07:45, 26 iyul 2024 (UTC)Cavabla
Salam. Çıxış edib redaktə etmək bölməsində, anonimə xəbərdarlıq etməklə bağlı hissə var. Bizdə IP-lər statik deyil, xəbərdarlıq məsələsi necə olacaq, IP-lərin müzakirə səhifələrini silirik onsuz. — Bikar müzakirə 07:54, 26 iyul 2024 (UTC)Cavabla
Bəlkə adı dəyişib "Kuklaçılıq" qoyaq? Hörmətlə, Gadirmüzakirə 08:46, 26 iyul 2024 (UTC)Cavabla
yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)Cavabla
bu məsələdə @Sura Shukurlu xanimin fikirlərini alaq. İstifadəçilərin kukla olmasıyla bağlı araşdırmalar o daha çox edir. SE213193 (müzakirə) 21:24, 9 avqust 2024 (UTC)Cavabla
@Nemoralis Əllərinə sağlıq tam oxuyacam boş zamanda. Redivy (müzakirə) 12:04, 10 avqust 2024 (UTC)Cavabla
Oxudum və müəyyən müvafiq düzəlişləri etdim, maşın tərcüməsi hiss olunur, təkrar nəzər yetirilib bir qədər də üzərindən keçilməsi lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:18, 17 avqust 2024 (UTC)Cavabla

Qayda səsverməsi başladı: Vikipediya:Səsvermə/Kuklalar Nemoralis (müzakirə) 18:47, 31 avqust 2024 (UTC)Cavabla

Təklif

redaktə

Hörmətli viki icma. Hər birinizi salamlayıram. Artıq bir neçə dəfədir ki, mən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyətinin (bundan sonra: İdarə Heyəti) təsdiqlənməsi məsələsini müzakirəyə çıxarıram. Lakin hər dəfə müzakirə ya yarımçıq ya da nəticəsiz qalır. Səbəb isə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyəti haqqında qaydaların (bundan sonra: İdarə Heyəti haqqında Qaydalar) tam tərtib olunmamasıdır. Bu səbəbdən mən İdarə Heyətinin seçilməsi işinin ümumilikdə 3 əsas mərhələyə bölünərək aparılmasını təklif edirəm:

  • I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi.
  • II mərhələ - İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi.
  • III mərhələ - İdarə Heyətinin Seçilməsi mərhələsi.

Bura qədər hər şey aydındır. Bəs İdarə Heyəti haqqında Qaydaların tərtibi necə aparılacaq? Bu sualın hazırki vəziyyətdə bir cavabı var; İdarə Heyəti haqqında Qaydaların Tərtibi üzrə Müvəqqəti Komissiyanın (və ya qısaca: QTMK) yaradılması. Sual yarana bilər ki, "bəs bu QTMK qaydaları necə tərtib edəcək?". Əvvəla yaxşı olar ki, elə bu QTMK-nın özünü də seçki yolu ilə təyin edək. Belə olan halda yuxarıda qeyd etdiyim 3 əsas mərhələni özlüyündə bir neçə alt-mərhələyə bölməyi vacib hesab edirəm. Belə ki, I mərhələ - İdarə Heyəti haqqında Qaydaların tərtib olunması mərhələsi özlüyündə 5 alt-mərhələyə bölünməlidir:

  1. QTMK-nın seçki qaydalarının hazırlanması.
  2. QTMK-nın seçki qaydalarının icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
  3. QTMK-nın fəaliyyət qaydalarının hazırlanması.
  4. QTMK-nın fəaliyyət qaydalarının icmə tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.
  5. QTMK seçkilərinin başladılması və üzvlərin seçilməsi.

Bundan sonra II mərhələ yəni İdarə Heyəti haqqında Qaydaların qəbul olunması mərhələsi gəlir ki, onun özünü də 2 alt-mərhələyə bölməliyik:

  1. QTMK-nın, İdarə Heyəti haqqında Qaydaları tərtib edib hazırlaması.
  2. İdarə Heyəti haqqı Qaydaların icma tərəfindən açıq səsvermə yolu ilə qəbul olunması.

Məhz bu mərhələlərdən sonra hesab edirəm ki, III mərhələ, yəni İdarə Heyətinin Seçilməsi mərhələsi olduqca asanlaşacaq və III mərhələnin özü avtomatik olaraq 2 alt-mərhələyə bölünəcək:

  1. İcmanın qəbul etdiyi İdarə Heyəti haqqında Qaydalara əsasən səsvermə başlatmaq.
  2. İdarə Heyətini seçmək.

Mən hələlik iki qaydanın (QTMK-nın seçki qaydaları və QTMK-nın fəaliyyət qaydalarını) müvəqqəti olaraq tərtib etmişəm və əgər bu təklifim qəbul olunarsa onları sizə təqdim edəcəyəm.

Hörmətli həmkarlar, nəzərə alın ki, İdarə Heyəti artıq seçilməlidir və bunun üçün artıq ciddi işlərə başlanılmalıdır. --Hörmətlə, Patriot (müzakirə) 17:10, 8 avqust 2024 (UTC)Cavabla

Razıyam. Amma qaydaların qəbulu zamanı çalışmalıyıq ki, belə redaktələri və şəxsləri burdan uzaq tutaq. İstifadəçi hamının gözü qarşısında öz xeyrinə qaydanı dəyişdirir ki, okeanın o başında oturub burdakı oflayn fəaliyyəti idarə etsin. Nemoralis (müzakirə) 17:30, 8 avqust 2024 (UTC)Cavabla
@Patriot Kor, təşkilatın üzvü olmasam və bu işlə maraqlanmasam da layihə haqqında yazınızdan 90-cı ilərin qoxusu gəlir :) Ortada heç nə yox, 0-ın da altından başlamaq lazım, İH, QTMK :) Hərhalda uğurlar! - Dr.Wiki54 (müzakirə) 17:48, 8 avqust 2024 (UTC)Cavabla
@Dr.Wiki54 elədir ki, var 😀. Lakin hələ ki, heç kəs heç bir təşkilata üzv deyil. Amma siz aktiv istifadəçi olduğunuza görə, həm QTMK-ya həm də İH-də namizdəliyinizi irəli sürməlisiniz məncə. Hörmətlə, Patriot (müzakirə) 17:55, 8 avqust 2024 (UTC)Cavabla
@Patriot, qaydalar heç ətraflı yazılmayıb, demək olar ki, boşluq çoxdur. Belə olan halda qaydaları qəbul etmək mümkün deyil. Məsələn, İdarə heyətinin fəaliyyəti haqqında detalları qaydalar olmalıdır. Məsələn, İdarə heyəti nələri edə bilər, nələri edə bilməz? İş bölgüsü necə olacaq? və s. Gərək draft çox ətraflı yazılsın. Kosmik Ozan utora! 20:19, 8 avqust 2024 (UTC)Cavabla
@White Demon sizinlə razıyam. QTMK təklifi də məhz bunun üçündür. Qaydaların tərtib olunması üçün komissiya yaradılsın. Mənim təklifimi diqqətlə oxuyun. Hələlik mən ilkin mərhələdə qaydaların tərtib olunmasına çalışıram. Hörmətlə, Patriot (müzakirə) 20:27, 8 avqust 2024 (UTC)Cavabla
  • Hədən böyük təklif siyahısı var. Proses sadələşməlidir. Komissiyaya ehtiyac yoxdur. Bir şəxs qaydaları tərtib edib, müzakirəyə çıxara bilər. Müzakirə əsasında da səs vermə ilə qayda qəbul olunar. Sonra qayd əsasında İD heyəti seçilər. Bu işi Gadir üzərinə götürsə məncə öhdəsindən gələ bilər. --Tarixi Nadir (müzakirə) 18:32, 8 avqust 2024 (UTC)Cavabla
    Razıyam. Lakin sıralamanı izləsək proses öz axarı ilə çox sadə şəkildə davam edəcək. Gadiri də elə bu prosesə nəzarətçi qoymaq olar. İndiki halda sizin təklifiniz mümkünsüz görünür. Qaydalar bir nəfər tərəfindən tərtib olunub müzakirəyə qoyulsa hər kəs özünə sərf edən tərəfdən çıxış edə bilər. Amma qaydaları tərtib edən ayrıca komissiya təşkil olunsa bu artıq ciddi bir məsələyə çevriləcək. Təbii ki, komissiya da hazırladığı qaydanı icma səsverməsinə çıxaracaq. Səsvermə ilə qayda qəbul olunduqdan sonra komissiya ləğv ediləcək. Bu sadəcə müvəqqətidir. Hörmətlə, Patriot (müzakirə) 18:38, 8 avqust 2024 (UTC)Cavabla
    Bu qədər aşırı niyə qəlizləşdiririk ki? Baxmaq lazımdır digər lokal vikilər necə edib. Konkret tələblər qoyulsun. Hər kəsə də seçici hüququ verilməsin. Namizəd də hər kəs ola bilməsin. İstifadəçilər namizədliyin versin, icma da seçsin. Heyət sonra özü arasında sədrini də seçsin fso Atakhanli (müzakirə) 19:45, 8 avqust 2024 (UTC)Cavabla
    1 ildir mən siz deyənləri təklif edirəm amma nəticə yoxdur. Hər şey əslində sadədir amma qaydaların tərtibi müzakirələrə səbəb olacaq. Bu səbəbdən mən qaydaların tərtib edilməsi üçün ayrıca komissiya tərəfdarıyam. Hörmətlə, Patriot (müzakirə) 19:58, 8 avqust 2024 (UTC)Cavabla
    @Atakhanli ilə razıyam. @Patriot Kor, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. En, Ru və ya TrViki kimi digər böyük vikilərdə qayda nə cürdürsə o tərcümə və redaktə edilsin, müzakirəyə çıxaranda da redaktə edək vse da. QTMK zad nədi tay? Dövlət zad qururuq? 😂 samral müzakirə 20:30, 8 avqust 2024 (UTC)Cavabla
    @Samral dövlət qurmuruq. Amma mən artıq 4-cü dəfədir bu müzakirəni açıram ki, bu idarə heyəti məsələsi həll edilməlidir. Amma heç kəs bu mövzuda dəstək olmur. Hamı qaydaların tərtib olunmamasından şikayətçidir. Mən sadəcə təklif irəli sürmüşəm. Bu gedişlə qaydalar müxtəlif məqsədlərlə dəyişdirilir. Qaydalar nəhayət tərəfsiz olaraq tərtib olunmalıdır. Bunun üçün bir nəfəri yox bir neçə nəfəri məsuliyyət altına salmaq lazımdır. Bir nəfərlə qaydaların tərtibi yaxşı nəticə verməyəcək. Hörmətlə, Patriot (müzakirə) 20:36, 8 avqust 2024 (UTC)Cavabla
    @Patriot Kor, idarə heyəti qaydaları ilə bağlı hardasa analoji səhifə var? Nümunə kimi baxmaq üçün. Məsələn, türklər necə edir? Kosmik Ozan utora! 20:48, 8 avqust 2024 (UTC)Cavabla
    @White Demon mən bu barədə ümumiyyətlə hər hansı başqa User Grouplar üzrə məlumat tapmaqda çətinlik çəkirəm. Türklərdə də həmçinin. Tapa bilməmişəm. Hörmətlə, Patriot (müzakirə) 20:57, 8 avqust 2024 (UTC)Cavabla
Salamlar. Düzü, mənim hazırda oflayn fəaliyyətim demək olar ki yoxdur, amma teq edildiyim üçün fikir bildirmək istədim bu dəfə. Məncə də sadələşdirmək lazımdır, @Patriot Kor, məsələn, QTMK-nın seçki və fəaliyyət qaydalarına nə gərək var ki? Təcrübəli istifadəçilərimizdən (qaydalar hazırlamış və bununla maraqlanan) bir neçəsini seçə bilərik (mütləq tərəfsiz və obyektiv olmalıdır, həmçinin bir-birinə uzaq, məsafəli (davalı yox:), sadəcə Vikipediyadan onlayn əlaqəsi olan) istifadəçilərdən seçməkdə fayda var deyirəm) və onlar da bir müzakirə qrupu yaradaraq danışıb hazırlaya bilərlər, daha sonra da təqdim edərlər. Sonra da uyğun düzəlişlər və əlavələr edilər, ardınca çıxarılar səsverməyə. Yəni həqiqətən bu qədər uzatmağa gərək yoxdur, başa düşürəm, hər dəfə həll olunmadan müzakirə bağlandı, amma yenə də ehtiyac yoxdur prosesi bu qədər qəlizləşdirməyə. Qaydaları qəbul etdikdən sonra da üzvləri seçərik rahat şəkildə. Hörmətlə, Qədir (müzakirə) 21:59, 8 avqust 2024 (UTC)Cavabla
@Gadir hazırda mən bu qaydaların hazırlanması üçün heç bir fəaliyyət görmürəm. Ümumiyyətlə bu qaydalar hələlik bir-iki istifadəçi tərəfindən yazılıb və istənilən istifadəçi girib redaktə edib dəyişiklik edə bilər. Hamınızla razıyam. Hamı deyir ki, nə var ki, gəlin qaydaları tərtib edək çıxaraq səsverməyə. Bəs niyə tərtib etmirik? Niyə səsverməyə çıxarmırıq? Ümumiyyətlə qaydaları kim və nə cür tərtib edəcək? Hansı təcrübəyə əsasən? Buna görə də mən bir komissiya təklif etmişəm. Şəffaflıq olsun deyə o komissiyanın da səsvermə yol ilə təşkil olunmasını təklif etmişəm. Hörmətlə, Patriot (müzakirə) 22:03, 8 avqust 2024 (UTC)Cavabla
Elə həmin seçdiyimiz istifadəçilər özləri maraqlanacaqlar, digər vikilərin təcrübələrinə baxacaqlar, soruşacaqlar edəcəklər. Ona əsasən da hazırlayacaq və təqdim edəcəklər. Yəni qaydaların hazırlanmasında onların olacaq məsuliyyət. Bu istifadəçiləri də şəffaf şəkildə seçdiyimiz kimi, həmçinin qaydalarla kifayət qədər maraqlı istifadəçilərdən seçək, yəni o istiqamətdə fəaliyyəti olanlar namizəd olsun, namizədliyi verilsin. Bir neçə belə istifadəçini səsvermə yolu ilə təyin etmək adekvat addımdır, siz deyənə gəlib çıxır, yəni qısa yoldan belə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 22:22, 8 avqust 2024 (UTC)Cavabla
Əslində bəzi suallar da çıxır. Azərbaycanda yaşamayan şəxs də seçiləcəkmi? Misal üçün @Eldarado. Qaydalar icazə verməsə o namizəd ola bilməyəcək. Halbuki o olsa səsimi ona verəcəm. İndi müzakirə olmalıdır ki, əgər mütləq Azərbaycanda yaşamalıdırsa, niyə mütləq? Həmçinin @Dr.Wiki54. Və ya istisna olacaqmı və s. Digər yandan mütləq həmin şəxs bilinən üz olmalıdırmı? Yəni elə istifadəçilər var ki, onlar anonimdir. Biz tutaq bilirik və əminik ki, onlar real insanlardır. Yəni kukla və ya fake deyil. Sadəcə onlar mümkün qədər anonim qalmağı seçirlər. Heç bir düşərgə, konfranslarda olmurlar. Halbuki viki üçün faydalı işləri var. Onlar namizədlik verə biləcəkmi? Yəni mütləqdir mi, oflayn tədbirlərdə iştirak edə? Əgər neytral, aktiv və vikipediyada keçmişi və böyük təcrübəsi olan biridirsə. Digər yandan ətrafında kütləsi olub səsovu etmək istəyən istifadəçilərə qarşı mübarizə metodumuz varmı? Sırf bu ad üçün namizəd olanlara qarşı hansısa tədbir növümüz varmı? Atakhanli (müzakirə) 22:08, 8 avqust 2024 (UTC)Cavabla
@Patriot Kor, təklif üçün təşəkkür, amma offlayn fəaliyyət məni cəlb etmir. @Atakhanli, maraqlıdır harada yaşadığımı nəyə əsaslandırırsınız? Bu barədə heç yerdə qeyd etməmişəm :) Bu işdə maraqlı deyiləm, çünki oflayn fəaliyyət mənim üçün lazımsızdır. Ümumilikdə xüsusiliklərə isə qarşıyam. Qaydalar hamıya şamil olunmalıdır. Yenə də təşəkkür. Dr.Wiki54 (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)Cavabla
@Dr.Wiki54 mən qaydaların tərtib olunmasında şəxsən özüm də iştirak etmək istəyirəm. Lakin idarə heyətində olmaq mənim də diqqətimi cəlb etmir. Hazırda mənim üçün vacib olan məsələ bu qaydalar çox ciddi şəkildə hazırlanmalıdır. İH heyəti AzVikinin gələcək taleyində mühüm rol oynayacaq. Hörmətlə, Patriot (müzakirə) 22:18, 8 avqust 2024 (UTC)Cavabla
Atakhanli və bütün bunlara rəğmən hesab edirsiz ki, bir nəfər qaydaları tərtib edəcək və səsverməyə çıxarıb idarə heyətini seçəcəyik? Elə buna görə də ilk öncə qaydaların ciddi tərtib olunması lazımdır. Qaydaların ciddi tərtib olunması üçün, bu qaydaları tərtib edənlərə ciddi məsuliyyət vermək lazımdır. Hörmətlə, Patriot (müzakirə) 22:12, 8 avqust 2024 (UTC)Cavabla
Açığı deyim ki, qaydaların hazırlanmasında təcrübəm yoxdur. Hesab edirəm ki, bu işdə Firuza da kömək ola bilər. --Araz Yaquboglu (müzakirə) 05:41, 9 avqust 2024 (UTC)Cavabla
Patriotun təşəbbüsü təqdirəlayiqdir. Mənim fikrimcə bir gün vaxt təyin edilsin və online meetinglə edilməli olan işlər görülsün. Fikrimcə istifadəçi qrupunun inkişafı barədə ümumi fikirləri eşitdikdən sonra bu qaydaları tərtib edəcək işçi qrup seçilsin. Əgər kənd meydanına qalsa, proses uzayacaq. Təklif edirəm ki, gələn həftəsonu (17-si və ya 18-i avqust) bir saatda onlayn meetingin olacağı elan edilsin və hər kəsin həmin saatlarda fikri eşidilsin. Moderator Wertuose və ya Patriotun özü ola bilər. Əhməd Qurbanov (müzakirə) 09:29, 9 avqust 2024 (UTC)Cavabla
QTMK yadıma 70-cı illərin sovetlərini saldı. Kənardan baxan hansısa kommunist təşkilat qurduğumuzu düşünəcək. Bu baxımdan hesab edirəm ki, QTMK kimi qısaltmalardan çəkinmək lazımdır və çalışmaq lazımdır ki, sadə bir şey olsun.--Crepusculum (müzakirə) 08:04, 10 avqust 2024 (UTC)Cavabla
QTMK sadəcə qaydaların tərtib olunmasında məsuliyyətlə çalışan bir neçə üzvdən ibarət komissiya kimi təklif olunub. Əsas məqsədi qaydaları kiminsə öz maraqları daxilində dəyişdirməsinə mane olmaq və tam şəffaf, yekdil qayda hazırlamaqdır. Burada dövlət qurmuruq. Amma Vikipediyada "dövlət" qurulmasına qarşı tədbir görürük. Patriot Kor (müzakirə) 08:13, 10 avqust 2024 (UTC)Cavabla
Hər kəsə salam. Bu təklifi illər öncə mən irəli sürmüşəm və Qaydaları Wertuose ilə birlikdə müəyyən qədər işləmişik. Dəfələrlə də özüm də müzakirəyə çıxarmışam və ya müzakirəyə çıxarılan zaman fikrimi bildirmişəm. Heç bir QTMK ya falan ehtiyac yoxdur bu mövcud marağı daha da azaldacaq. Viki sistemlə işləməliyik. İlkin olaraq qayda hazırlanacaq, digər viki qaydalar kimi. Daha sonra viki səsvermə ilə qəbul olunacaq. Sonra isə fondun səsvermə aləti ilə İdarə heyəti seçiləcək. Hal hazırda həmin alətin bizim üçün təşkil olunmasını gözləyirəm. Buna görə də hazırda qaydalarara əlavə və dəyişikliklər edib qəbul etməliyik. İstifadəçi qrupumuzu bu günə kimi əsasən mənim, Wertuoseun və Sortilegusun müəyyən işləri sayəsində fəaliyyətinə davam etdirir. Lakin biz 2016-ci ildən baş tutmuş görüşlərdə (Görüşdə iştirak edənlər təsdiqləyərlər bu fikirləri) bizə dəstəyin lazım olması ilə bağlı fikirlər səsləndirmişik ki, kim istəyirsə qoşulsun və işimiz nisbətən yüngülləşsin. Lakin çox da yüksək marağa səbəb olmayıb. Ona görə də bu təklifi irəli sürmüşdüm və icra olunana kimi də bu yöndə fəaliyyətimə davam edəcəyəm. Yaxın zamanda qaydalar müzakirəyə çıxarılacaq və daha sonra səsvermə müddəti təyin olunacaq. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:26, 11 avqust 2024 (UTC)Cavabla
Hər şey qalıb qıraqda, rəy yazan, yazmayan QTMK sözünə filan ilişir. AzVikinin oflayn hissəsi Vikipediyaçı olmayanların, qurumların əlindədir və bu, son düşərgədə olduğu kimi, istifadəçilərə təhlükə yarada bilər və yaradıb da. --► Hörmətlə: SolaVirum 21:27, 12 avqust 2024 (UTC)Cavabla
@Solavirum son düşərgədə istifadəçilərə necə bir təhlükə yaradıb ? Crepusculum (müzakirə) 05:54, 17 avqust 2024 (UTC)Cavabla

Hər nə qədər də düşünsəm ki, əksər hallarda faydasız və hətta viki üçün əlavə iş yükü yaradacaq qədər problemli olur, amma hesab edirəm ki, oflayn tədbirlərin təşkili lazımdır. Təşkilatçılarına da zaman-zaman öz xoş diləklərimi bildirmişəm daha da inkişaf etdirilməsi üçün. Amma, ən sadəsindən Göygöldə baş verənlərdən sonra ümumiyyətlə həmin növbəti tədbirdə hər hansı təcrübəli istifadəçini görməmək bəlkə də ən doğrusu olardı...
İH-nin yaradılması şərtdir. Kim harada nə tədbir keçirdir, hansı maliyyəni nə edir özü bilər. Amma istifadəçi qrupunun, Vikipediyanın təşkilatçı, dəstəkçi, təşəbbüskar kimi göstərildiyi, həmçinin sitenotice-ə yerləşdirilən istisnasız bütün tədbirlər İH-nin razılığı ilə olmalıdır. İH də icmanın ən etibar etdiyi və ciddi məsuliyyət ala biləcəyi insanlardan seçilməlidir. --Sura Shukurlu (müzakirə) 21:21, 17 avqust 2024 (UTC)Cavabla

@Sura Shukurlu, siz Göygöl düşərgəsində olmamısınız. Hansı baş verənlərdən bəhs edirsiniz və olmaya-olmaya hardan eşitmisiniz bu naməlum hadisəni? Nemoralis (müzakirə) 09:24, 18 avqust 2024 (UTC)Cavabla
Kimsə nəsə etməyə çalışırsa, xüsusilə də Vikipediya ilə bağlı bunu sadəcə təqdir etmək lazımdır. Çünki bu könüllü bir platformadır və xaricdən qrant almaq çətin məsələdir. Dövlət orqanları oflayn vikitədbirlər keçirilməsinə dəstək olursa bu çox gözəl haldır. Dövlət orqanları əgər nə vaxtsa gəlib öz orqanlarınin əməkdaşları, ya xüsusi şəxslər barədə məqalələr yaradılmasi üçün düşərgələr təşkilini edərdisə bu təşəbbüslərini pisləmək olardı. Hansısa məsələdə etirazı olan varsa qoşulsun növbəti düşərgəyə və fikrini açıq bildirsin. Yoxsa onlayn münasibət bildirib oflayn tədbirdən iştirakdan yayınmaqla nəyəsə nail olmaq mümkün deyil. Həm də etik deyil. Gəlin, görün, gördüyünüz əyrini yerində bildirin və məsələ daha rahat həll olunsun. Hər birinizə dərin hörmət və ehtiramla. Elnur Neciyev (müzakirə) 11:14, 18 avqust 2024 (UTC)Cavabla
ümumiyyətlə iştirak edilməmiş bir yerdə, öz gözünüzlə görmədiyiniz bir nüansı hansı fikirlə bildirə bilərsiniz? Kim nə danışırsa bu onun öz baxışıdır. Yəqin görmək istəyənlər və yaxud sizin görmək istədiyiniz kimi qələmə vermisiniz. Belə əsassız fikirlərlə burda qeyd etmək, digər vikipediyaçıların yanlış fikirdə olmasına zəmin yaradırsınız. Əgər siz Göygöldə olmamısınızsa, hardandır sizə bu naməlum söhbətlər??? Olmaya şipyonlarda var?? Vikipdiyada heç nə bəlkələrlə olmur, hər hansı bir nüans varsa qeyd edin! Dəqiq konkret deyə bilərsiniz hansı hadisədən söhbət gedir?? A.Aida88 (müzakirə) 07:30, 19 avqust 2024 (UTC)Cavabla
@A.Aida88, məncə sizin inzibatçı namizədliyinizi nəzərdə tutur istifadəçi. Hörmətlə, Qədir (müzakirə) 12:48, 22 avqust 2024 (UTC)Cavabla

Vikisitat və Vikilüğətə nəzarətlə bağlı

redaktə

Salam. Digər aktiv olduğum bu iki azərbaycandilli layihədə aktivlik çox olmasa da nizamsızlıq hökm sürür. Mənim hər iki layihədə redaktələrim hələ az olsa da, gündəlik Vikipediyada keçirdiyim vaxt ərzində həmin layihələrə diqqət yetirirəm. Bu alətləri də təcrübəmə əsaslanıb inzibatçı kimi fəaliyyət və iş görmək məqsədilə istəyirəm. Hansısa səhifəyə, kiməsə müraciət edib və baxılana kimi həm vaxt itirənə kimi, həm də operativ olaraq bu istiqamətdə özüm töhfələr verə (eyni zamanda müraciət səhifəsi yaradıb müraciətlərə baxa), inzibati addımlar ata bilərəm. Bunu da nəzərə alaraq, əgər razılaşarsanız, hər iki layihə üçün də inzibatçılıq irəli sürürəm. Bu müzakirənin nəticəsinə görə Metaya müraciət edəcəyəm. Layihələrdəki passivliyi nəzərə alaraq müzakirəni burada açıram. Həmçinin aşağıdakı linklərə də nəzər yetirə bilərsiniz.

Hörmətlə, Qədir (müzakirə) 16:03, 21 avqust 2024 (UTC)Cavabla

Açığı, həmin layihələrdə inzibatçı olmağını dəstəkləmirəm. Çünki oralardakı vəziyyət nizamsızlıq yox, faəliyyətsizlikdir. Həmin layihələrdə təcrübənin olmaması problemdir, Vikisitatda cəmi 300 redaktəyə sahib olmaq inzibatçılıq üçün çox azdır. Konkret bir il ərzində bir xeyli fəaliyyət göstərəsən ki, deyə bilək ki, vikisitat prinsipləri haqqında məlumatlısan, inzibatçı olmağa hazırsan. Müzakirələrin birində də "buradakı səhifələrin 95%-i silinəsi haldadır" deməyin də narahat etdi məni. Əgər vikisitatda admin olduqdan sonra atacağın addımlardan biri xeyli səhifə silməkdirsə, onda inzibatçı olma məsələsinə lap isti baxmıram. Şiroi Akuma 23:30, 22 avqust 2024 (UTC)Cavabla
Xeyr, inzibatçı olarsam o səhifələri silməyə başlamayacam (Vikipediyada da silinəsi səhifə çoxdur), konsensus olmadığı halda kütləvi heç bir əməliyyatı icra etmərəm ümumiyyətlə. Layihələr barədə deyəndə ki, ümumi işdən anlayışım var və mən vandalizm, səhifələrə yazılan söyüşlər, qeyri-ensiklopedik şəxslərə aid səhifələri silmə və digər təmizlik işləri ilə məşğul olmağı düşünürəm. İstifadəçi kimi fəaliyyət göstərməyə hələ ki imkanım yoxdur həmin layihələrdə. Aralıqlı da olsa hər iki layihədə də 2 ildən çoxdur fəaliyyətim var. Hörmətlə, Qədir (müzakirə) 23:42, 22 avqust 2024 (UTC)Cavabla
@Gadir bəlkə layihələrə marağın artırılması istiqamətində də nə isə fikirləşəsiniz? Patriot Kor (müzakirə) 20:23, 23 avqust 2024 (UTC)Cavabla
Açığı, azvikidəki işlərimə görə hələ belə orada məzmun üzrə işləmək imkanı tapa bilmirəm, dediyiniz bir az çətin məsələyə oxşayır, nə etsək də ümidim də azdır, layihələrin aktivləşmələri ilə bağlı. Vikipediyada belə aktivlik aşağıdır demək olar. Hörmətlə, Qədir (müzakirə) 20:51, 23 avqust 2024 (UTC)Cavabla

Seçilmiş məqalə və Yaxşı məqalə namizədləri

redaktə

Təklif edirəm ki "Seçilmiş məqalə namizədləri", "Yaxşı məqalə namizədləri", "Seçilmiş siyahı namizədləri" səhifələrindəki namizədlərə baxmaq üçün bir müddət təyin edilsin. Yəni səhifəyə bir məqalə namizəd kimi qoyulubsa buna 1,2 lap 3 ay ərzində baxılsın. Amma bir hədd olsun. Yoxsa baxırsan ki bir məqalə namizəd səhifəsində 5 aydır oturub gözləyir paraleldə də başqa bir məqalə bir neçə gün içərisində yoxlamadan keçir. Ya gözləyən məqalələrə səbəb göstərilməklə yox deyilsin ya da məqalədə hər şey qaydasındadırsa təsdiq edilsin. Bundan başqa məncə inzibatçılardan birinə bu işi tapşırmaq da olar. 14 inzibatçıdan biri bu işi görə bilər yəqin ki. Rəcəb Yaxşı (müzakirə) 11:52, 23 avqust 2024 (UTC)Cavabla

Salam. Mən demək olar ki bu bölmədən başqa bütün işlərlə məşğul oluram, buna isə vaxtım qalmır. Hər mövzunu oxumağa da həvəsim olmur. Keçən məqalələr dediyiniz isə öz məqalələrimdir, 2-3 ay gözlədim, dediyiniz kimi, gördüm baxan yoxdur, götürüb özüm keçirtdim, çünki özüm yazdığım üçün doğruluğundan əminəm. Hörmətlə, Qədir (müzakirə) 11:59, 23 avqust 2024 (UTC)Cavabla
Bu işi inzibatçılar görməlidir. İnzibatçıları digər istifadəçilərdən fərqləndirən əsas cəhəd məhz budur. İstifadəçi istəsə illərlə Azvikiyə daxil olmaya bilər, ancaq inzibatçının belə bir şansı yoxdur. 14 admindən 3-4 nəfəri bu işlə məşğul olur. Yerdə qalan 10 admin arasında 6-7 nəfəri ömründə bu işlə məşğul olmayıb. Soruşsan onlarla bəhanə gətirəcək ki, bəs mən filan iş görürəm. Bu məqamda mənim ümüdüm yeni seçilmiş adminlərə ola bilərdi. Köhnələrin bu işi görməyəcəyi artıq məlum məsələdirsə, bəlkə yenilər gördü ? Şükür Allaha ki, onlarda görməmək barədə həmfikir oldular. Crepusculum (müzakirə) 00:04, 24 avqust 2024 (UTC)Cavabla
Elə bir şey yoxdu. İstər EnViki olsun, istər TrViki olsun, istər RuViki olsun, SM və YM dəyərləndirmələrini adi, təcrübəli istifadəçilər aparır. Süni şəkildə bu məsələni sadəcə inzibatçıların üstünə yükləmək düzgün deyil. Şiroi Akuma 00:09, 24 avqust 2024 (UTC)Cavabla
@White Demon haqlıdır. Elə bu yaxınlarda bu istiqamətdə hüquq yaradıldı və siz də o hüquqa sahibsiniz. Hörmətlə, Qədir (müzakirə) 00:46, 24 avqust 2024 (UTC)Cavabla
@Gadir əlbəttə sizin @White Demonu haqlı olaraq qəbul etməyiniz başa düşüləndir. Məsələn, bu günə qədər yuxarıda adı qeyd olunan 3 səhifədə 1.000 məqalə təqdim edilibsə onlardan 990-nı inzibatçı olan şəxslər müvafiq səhifələrə əlavə edib, yekunlaşdırıb və arxivləşdirib. Əgər bu məqam süni şəkildə yaradılmış bir hal olsaydı yəgin ki, ötən 18 il ərzində sıradan istifadəçiləri də bunu edərdilər. İcmanın gözləntisi bu redaktələrin inzibatçılar tərətindən icra edilməsi yönündədir. Şəxsən məncə doğru olan da budur. Bəli, mənim həmin redaktələri etmək hüququm var. Sadəcə bir müddət gözləmək istəyirəm ki, görən 15 admindən hansı biri duruma əl atacaq. Bu mövzu haqqında sonuncu şərhimdir. Ömürlük bloklanma üçün daha heç kimə iynənin ucu boyda olsa belə əsas, səbəb verməyəcəm. Hörmətlə: Crepusculum (müzakirə) 15:13, 24 avqust 2024 (UTC)Cavabla
Səsləndirdiyiniz fikirlər sadəcə absurddur. Bu sahə üzrə inzibatçı alətlərindən istifadə tələb olunmur, ona görə də mütləq onların baxması şərt deyil. Biz keçmişdən yox, indidən danışırıq. Keçmişə qalsa çox səhvlər olub, vaxt keçdikcə layihə daha da inkişaf edib. İnzibatçıya prezidentdən artıq səlahiyyət yükləmək mənasızdır, texniki imkanı çatan hər fəaliyyəti istifadəçilər də görə bilərlər (hansı ki, bu layihədə də tam imkanlar var). Hörmətlə, Qədir (müzakirə) 17:15, 24 avqust 2024 (UTC)Cavabla
Hüquq bu yaxınlarda verildiyinə görə xəbərim yox idi təbii ki. Çox sağ olun ki xəbər verdiz. Bundan sonra vaxt tapdıqca bir bir baxacam məqalələrə. Rəcəb Yaxşı (müzakirə) 06:15, 26 avqust 2024 (UTC)Cavabla
@Rəcəb Yaxşı, salam. Hüquq əslində iki ildən artıqdır var, sadəcə müvafiq bölmələr üzrə tam icazələr bu il təmin olundu (bax: keçid). Hüquq barədə Vikipediya:Məqalə namizədləri/Yoxlayıcılar səhifəsindən məlumat əldə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 09:53, 26 avqust 2024 (UTC)Cavabla
İndi baxıram mənim yanvarda təqdim etdiyi məqalə 8 aydır dayanıb. Özüdə 4-5 lehinə səsi var. Amma baxan yoxdur heç. Dəhşətdir. Grenzsoldat 10:50, 3 sentyabr 2024 (UTC)Cavabla
Aktivlik və layihəyə olan maraqla bağlıdır. Mən də, siz də, White Demon da çox aktiv fəaliyyət göstəririk, amma bu, hər şeyə yetişə bilərik demək deyil. Hörmətlə, Qədir (müzakirə) 12:23, 3 sentyabr 2024 (UTC)Cavabla

Vikipediya senzura yeri deyil

redaktə

Salam. Vikipediya nə deyil qaydasının "Vikipediya senzura yeri deyil" bölməsini hazırlamışam. Həmin qaydada bu barədə qəbul edilmiş siyasətimiz yoxdur. Fikirləriniz maraqlıdır, problem yoxdursa, daha sonra qəbulu və prinsipə əlavəsi üçün müvafiq səsverməni başladacam. Hörmətlə, Qədir (müzakirə) 14:20, 23 avqust 2024 (UTC)Cavabla

Ola bilər — Bikar müzakirə 14:33, 23 avqust 2024 (UTC)Cavabla
@Gadir, bura bəlkə siyasətlə bağlı da əlavələr edək? Siyasilərlə bağlı tənqidlər, dövlət başçıları ilə bağlı mülk iddiaları əlavə olunanda çoxu çıxarır. Məsələn, "Həmidov Hüseynovu KQB agenti adlandırmışdır." Biri çıxıb deyəcək ki, Həmidpv türkçü idi ona görə belə danışıb və məlumatı siləcək. - 16:51, 23 avqust 2024 (UTC) Dr.Wiki54 (müzakirə) 16:51, 23 avqust 2024 (UTC)Cavabla
@Dr.Wiki54, salam. Bu, səhifəni işləyərkən mənim də ağlımda idi. Amma sosial bunu əhatə edir, yenə də əlavəsində problem görmürəm, əksinə, fayda var. Hörmətlə, Qədir (müzakirə) 16:56, 23 avqust 2024 (UTC)Cavabla
Dr.Wiki54, ✅ Y Hörmətlə, Qədir (müzakirə) 11:10, 24 avqust 2024 (UTC)Cavabla
Dr.Wiki54, Gadir, qayda qəbul olunsa, nə olacaq ki? Sabah kimsə nəsə yazanda, durub oğurlayıb basacaqlar içəri, məcbur sildirəcəklər. Vikipediyanın səlahiyyəti Azərbaycan dövlətinin gücündən üstün deyil. --► Hörmətlə: SolaVirum 13:44, 26 avqust 2024 (UTC)Cavabla
@Solavirum, biz bizə düşən hissəni həll etməliyik. Dr.Wiki54 (müzakirə) 18:53, 26 avqust 2024 (UTC)Cavabla
50 baxış olub səhifəyə, baxanlardan fikir bildirmələri xahiş olunur. Vacib məsələdir, müzakirə edib həll edək, nəticə əldə etmədən arxivləşdirməyək :) Hörmətlə, Qədir (müzakirə) 15:44, 25 avqust 2024 (UTC)Cavabla
Şərh  Şərh: Fikrimcə nəsə əlavə edilməlidir vəya nəsə çatmır amma +  Lehinə: düşünəcəyim qaydadır və gözəl təklifdir. Redivy (müzakirə) 07:20, 31 avqust 2024 (UTC)Cavabla

@Bikar, Dr.Wiki54, Solavirum, Redivy, və digər istifadəçilər, qaydanın qəbulu üçün müvafiq səsvermə başladılmışdır, iştirakınız gözlənilir. Qısa və vacib qaydadır, qeyd edim ki, bu başlıq kifayət qədər açıq qaldığı üçün qəbulunun rahatlığı üçün müddət ilkin olaraq 1 həftə təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 20:13, 8 sentyabr 2024 (UTC)Cavabla

Vikipediya:IP blokundan azad olma

redaktə

Salamlar. Bu kimi vacib bir qaydanı artıq qəbulu üçün müzakirələrinizə təqdim edirəm, qayda demək olar tam hazırdır. Nəzər yetirilib nə düzəlişlər lazımdırsa edilib səsverməyə çıxarılacaq. Ümid edirəm ki, diqqət görəcək. Hörmətlə, Qədir (müzakirə) 21:46, 31 avqust 2024 (UTC)Cavabla

Əvvəlki müzakirədə dediklərim hələ də qüvvədədir. Hələ bir kuklalar siyasətini qəbul edək. Səsvermədə iştirak edin. Nemoralis (müzakirə) 09:50, 2 sentyabr 2024 (UTC)Cavabla
Təftişçi seçək yoxsa qaydanı lokal təftişçisiz hala gətirək? Hörmətlə, Qədir (müzakirə) 14:16, 2 sentyabr 2024 (UTC)Cavabla

Announcing the Universal Code of Conduct Coordinating Committee

redaktə
Original message at wikimedia-l. You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Hello all,

The scrutineers have finished reviewing the vote and the Elections Committee have certified the results for the Universal Code of Conduct Coordinating Committee (U4C) special election.

I am pleased to announce the following individual as regional members of the U4C, who will fulfill a term until 15 June 2026:

  • North America (USA and Canada)
    • Ajraddatz

The following seats were not filled during this special election:

  • Latin America and Caribbean
  • Central and East Europe (CEE)
  • Sub-Saharan Africa
  • South Asia
  • The four remaining Community-At-Large seats

Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.

Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. You can follow their work on Meta-Wiki.

On behalf of the U4C and the Elections Committee,

RamzyM (WMF) 14:05, 2 sentyabr 2024 (UTC)Cavabla

Have your say: Vote for the 2024 Board of Trustees!

redaktə

Hello all,

The voting period for the 2024 Board of Trustees election is now open. There are twelve (12) candidates running for four (4) seats on the Board.

Learn more about the candidates by reading their statements and their answers to community questions.

When you are ready, go to the SecurePoll voting page to vote. The vote is open from September 3rd at 00:00 UTC to September 17th at 23:59 UTC.

To check your voter eligibility, please visit the voter eligibility page.

Best regards,

The Elections Committee and Board Selection Working Group

MediaWiki message delivery (müzakirə) 12:13, 3 sentyabr 2024 (UTC)Cavabla

Mühafizə təklifi

redaktə

Salam. Təklif edirəm ki, deputat seçilmiş şəxslərin məqalələrini mühafizə edək. IP-lər tərəfindən hələ vəzifələrinə başlamamış indidən deputat kimi təqdim olunurlar, amma hələ əlavə olunmalı deyil. 1 ay mühafizə yerində olacaq. Hörmətlə, Qədir (müzakirə) 15:38, 8 sentyabr 2024 (UTC)Cavabla

Əlavə olaraq təklif edirəm ki, statuslu məqalələr də mühafizə edilsin IP redaktələrdən. --► Hörmətlə: SolaVirum 15:41, 8 sentyabr 2024 (UTC)Cavabla
Ola da bilər, olmaya da. Amma açığı, "açıq ensiklopediya" anlayışına zidd olduğunu düşünüb çox da isti baxmıram bu təklifə. Aktivlik zatən aşağıdır, amma elə həm də bu səbəbdən digər səhifələr kimi nəzarət etməkdə müəyyən problemlər yarana bilər. Amma bu mövzu aktualdır deyə müdaxilələrə məruz qalır, statuslu məqalələr elə deyil, elə olanları isə mühafizə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 15:56, 8 sentyabr 2024 (UTC)Cavabla
Mən qarşıyam. Statuslu məqalə olmaq üstünlük demək deyil. Keyfiyyətli olub statusu olmayan çox məqalə var. Şiroi Akuma 19:24, 8 sentyabr 2024 (UTC)Cavabla
Statuslu məqalələrin ip redaktələrdən mühafizəsinə daha isti baxıram. Deputat seçilmiş şəxslərin məqalələri vandalizmə məruz qaldığı halda bunu etmək olar. Hamısına ehtiyac yoxdur. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:51, 8 sentyabr 2024 (UTC)Cavabla
Deputatların demək olar hər birinə bu barədə müdaxilələr olunur, belə görürəm onsuz qərar verənə kimi MM açılacaq. Statuslu məqalələrdə mübahisəli mövzularda mühafizənin tərəfdarıyam, digər hallarda yox. Hörmətlə, Qədir (müzakirə) 18:53, 8 sentyabr 2024 (UTC)Cavabla

Ən Son Axtarılanlar

SəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageNorman_Foster_dresdtr_061110.jpg SəhifəyəKeçidlərSəhifəyəKeçidlərFaylSiyahısıDonRumata SəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageNorman_Foster_dresdru_061110.jpg SəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageNorman_Foster_dresdaz_061110.jpg SəhifəyəKeçidlərSəhifəyəKeçidlərEDiff6131777 SəhifəyəKeçidlərSəhifəyəKeçidlərPrefiksİndeksUser:DonRumata SəhifəyəKeçidlərSəhifəyəKeçidlərCentralAuthDonRumata SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərMap1250.11116118.6743694en SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərMap1250.11116118.6743694ru SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərMap1250.11116118.6743694tr SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageBeijing_national_ SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageHearstowerny SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərPrefiksİndeksUser:Alsandro Fayl:Hrvatska_enciklopedija_pet_svezaka.jpg SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərCentralAuthAlsandro SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərFaylSiyahısıAlsandro SəhifəyəKeçidlərSəhifəyəKeçidlərSəhifəyəKeçidlərGlobalUsageTorre_Espacio_(Ma SəhifəyəKeçidlərCentralAuthTeatroge SəhifəyəKeçidlərPrefiksİndeksUser:Teatroge GlobalUsageHans_Fritzsche.jpg
Dostlarınla Paylaş

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024