Zəngilan rayonu
Bu məqalə Zəngilan rayonu haqqındadır. Şəhər üçün Zəngilan səhifəsinə baxın. |
Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Rayon | |
Zəngilan rayonu | |
---|---|
39°03′56″ şm. e. 46°41′48″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şərqi Zəngəzur |
İnzibati mərkəz | Zəngilan |
İcra başçısı | Ramiz Həsənov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1930 |
Sahəsi | 730 km² |
Əhalisi | |
Əhalisi | 44 800 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-ZAN |
Telefon kodu | +994 26 |
Poçt indeksi | AZ 6401 |
Avtomobil nömrəsi | 64 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Zəngilan şəhəridir. Hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Tarixi
redaktəUzun müddət düşmən tapdağında qaldıqdan sonra əks-hücum əməliyyatı nəticəsində 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, Ağ oyuq, Həkəri qəsəbələri və Birinci Muğanlı, Havalı, Zərnəli, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri,[2][3] 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Zəngilan (kənd), Ağkənd, Kolluqışlaq, Malatkeşin, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, 23 oktyabrda Mirzəhəsənli, Vənədli, 25 oktyabrda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, 28 oktyabrda Birinci Ağalı, İkinci Ağalı, 30 oktyabrda Aladin, Vejnəli, 2 noyabrda Böyük Gilətağ, Dərə Gilətağ, 4 noyabrda Məşədiismayıllı, Rəzdərə, Şəfibəyli, 7 noyabrda Beşdəli, 9 noyabrda Bartaz və Üzümçülər qəsəbəsi, Ağakişilər, Aşağı Gəyəli, Aşağı Yeməzli, Bürünlü, Canbar, Dərəli, Günqışlaq, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Qarababa, Qaragöl, Qaragöz, Qazançı, Quyudərə Xəştab, Nəcəflər, Orta Yeməzli, Otuzuncu, Ördəkli, Pirveys, Sarıqışlaq, Sarılı Xəştab, Seyidlər, Sobu, Şamlı, Şatarız, Şayıflı, Şərikan, Tağlı, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Əhalisi
redaktə- 1 yanvar, 2009-cu ilin məlumatları əsasında[5]
ərazi | ||||||
---|---|---|---|---|---|---|
cəmi | kişi | qadın | ||||
nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
Zəngilan rayonu | 39106 | 100,0 | 15764 | 100,0 | 23342 | 100,0 |
Şəhər əhalisi | 17576 | 44,94 | 6937 | 44,01 | 10639 | 45,58 |
Kənd əhalisi | 21530 | 55,06 | 8827 | 55,99 | 12703 | 54,42 |
Tanınmış sakinləri
redaktə- Müşfiq Orucov – Şəhid, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
- Rəhim Abasəliyev — Kikboksinq və Muay-Tay idman növləri üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Prezident mükafatçısı.
- Abbasova Adilə Ziyat qızı – fizika-riyaziyyat elmləri doktoru, professor
- Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru, professor
- Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru
- Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru, professor
- Mütəllim Həsənov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
- Əli bəy Azəri – Yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı
- Eyvaz Qocayev — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru
- Məhəmməd Əsədov –Dövlət xadimi, general-mayor
- Qulu Məhərrəmli – jurnalist-professor
- Nəsiman Yaqublu – jurnalist, professor
- Ənvər Məmmədyarov — Dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı
- Almaz Orucova — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti
- Şəhriyar Məmmədyarov — Azərbaycan şahmat qrosmeysteri
- Qoşqar Təhməzli— Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.[6]
- Dadaş Zeynalov
İdman
redaktə1980-ci illərə qədər rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb[7]. Rayonun futbol komandasının adı isə "Süsən" idi[7].
Mənbə
redaktə- Azərbaycan Milli Esiklopediyası. Bakı: 2007 səh. 875.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ "İşğaldan azad edilmiş şəhər və kəndlərimiz". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Zəngilan rayonu [ölü keçid]
- ↑ "Qoşqar Təhməzli". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ 1 2 Bir vaxtlar Zəngilanda belə komanda var imiş — FOTOLAR Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine. rekord.az, 30.11.2016 (az.)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |