Zirə FK Haqqinda Melumat - Vikipedia

Zirə FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zirə FK

Azərbaycanın futbol klubu

Zirə FKBakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 2 dəfə — 2015/16, 2023/24 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Zirə FK
Loqonun şəkli
Klubun tam adı Zirə futbol klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Qartallar"
Rəng(lər) mavi, göy
Yaranma tarixi 28 iyul 2014
Stadionu Zirə İdman Kompleksi[1]
Tutumu 1 500
Prezidenti Taleh Nəsibov
Baş məşqçisi Rəşad Sadıqov
Liqa Azərbaycan Premyer Liqası
2024-2025 2.
Rəsmi saytı

Stadionu

redaktə

Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

Avrokuboklarda

redaktə

"Zirə" PFK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Lüksemburqun "Differdanj" komandasını mübarizədən kənarlaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.

Zirə 2023-2024 mövsümündə liqada ll olaraq UEFA Avropa liqasının l təsnifat mərhələsinə vəsiqə qazanaraq tarixində 3-cü dəfə Avrokuboklarda iştirak etmişdir.

  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

29 avqust 2024-cü il tarixində olan məlumat:

Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə
2017–18 UEFA Avropa Liqası I təsnifat mərhələsi Lüksemburq  Differdanj 03 2–1 2–0 4–1  
II təsnifat mərhələsi Rumıniya  Astra 0–0 1–3 1–3  
2022–23 UEFA Konfrans Liqası II təsnifat mərhələsi İsrail  Makkabi Təl-Əviv 0-3 0-0 0–3  
2024–25 UEFA Avropa Liqası I təsnifat mərhələsi Moldova  Şerif 1-2 1-0 2-2 (p. 4-5)  
UEFA Konfrans Liqası II təsnifat mərhələsi Slovakiya  DAK 1904 4-0 2-1 6-1  
III təsnifat mərhələsi Xorvatiya  Osiyek 2-2 1-1 3-3 (p. 2-1)  
Pleyoff Kipr  Omoniya 1-0 0-6 1-6  

Yarışlara görə

redaktə
  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

29 avqust 2024-cü il tarixinə olan məlumat:

Sıra Turnir O Q H M Qollar
1 UEFA Çempionlar Liqası 0 0 0 0 0–0
2 UEFA Kuboku / UEFA Avropa Liqası 6 3 1 2 7–6
3 UEFA Konfrans Liqası 8 3 4 1 10–13
4 UEFA Kuboklar Kuboku 0 0 0 0 0–0
5 UEFA İntertoto Kuboku 0 0 0 0 0–0
- Cəmi 14 6 4 4 17–19

Liqa və kuboklarda

redaktə

Azərbaycan Premyer Liqasında

  Gümüş medal (3)2015/2016, 2023/2024,2024/2025   Bürünc medal (1)2021/2022

Azərbaycan Kuboku

  Gümüş medal (2)2021/2022, 2023/2024

Heyəti

redaktə

1 iyul 2024-cü il tarixində yenilənib.[2]

Nömrə Ölkə Mövqeyi Futbolçu
3 Ruanda  DF Ange Mutsinzi
4 Braziliya  DF Ruan Renato
5 Kot-d'İvuar  DF Stefane Aka
6 Ukrayna  MF Eldar Quliyev
7 Azərbaycan  FW Məqsəd İsayev
11 Azərbaycan  FW Rüstəm Əhmədzadə (icarə Qarabağ-dan)
13 Azərbaycan  GK Aydın Bayramov
14 Azərbaycan  DF Elçin Əlicanov
15 Kot-d'İvuar  MF Pyer Zebli
16 Azərbaycan  DF Fuad Bayramov
18 Braziliya  MF Martins Cunior
19 Qvineya  MF Salifou Soumah
20 Azərbaycan  MF İsmayıl İbrahimli (icarə Qarabağ-dan)
Nömrə Ölkə Mövqeyi Futbolçu
21 Azərbaycan  MF Hacıağa Hacılı
23 Braziliya  FW Rafael Utziq
27 Braziliya  FW Filipe Paxtmann
28 Nigeriya  MF Abbas İbrahim
29 Azərbaycan  MF Ceyhun Nuriyev
32 Azərbaycan  MF Qismət Alıyev (Kapitan)
41 Azərbaycan  GK Anar Nəzirov
56 Azərbaycan  MF Samir Ağayev
66 Azərbaycan  MF Pərviz Azadov
70 Nigeriya  FW İssa Cibrilla
77 Azərbaycan  DF Məqsəd İsayev
90 Gürcüstan  FW Davit Volkov
97 Portuqaliya  GK Tiaqo Silva
17 Fransa  MF Ayron Qomis
22 Azərbaycan  FW İldar Alekperov
24 Nigeriya  MF Yusuf Laval

Baş məşqçi: Rəşad Sadıqov

Statistik məlumatlar

redaktə

Qalın şriftlə adları yazılanlar Zirənin cari futbolçularını göstərirlər.

Ən çox oyun keçirən futbolçular

redaktə
1 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1 Azərbaycan  İlkin Muradov 2015–2024 134 (3) 22 (2) 2 (0) 158 (5)
2 Azərbaycan  Qismət Alıyev 2020–h.h 117 (10) 17 (0) 6 (1) 140 (11)
3 Yunanıstan  Dimitrios Çantakias 2020–2024 108 (6) 17 (1) 2 (0) 127 (7)
4 Azərbaycan  Təmkin Xəlilzadə 2015–2018
2021–2022
103 (8) 12 (0) 4 (0) 119 (8)
5 Azərbaycan  Hacıağa Hacılı 2020–h.h 88 (0) 13 (0) 6 (0) 107 (0)
6 Azərbaycan  Adil Nağıyev 2015
2015–2019
96 (6) 7 (2) 2 (0) 105 (8)
7 Azərbaycan  Vüqar Mustafayev 2016–2019 79 (1) 9 (0) 3 (0) 91 (1)
8 Nigeriya  Viktor İqbekoyi 2015–2018 81 (5) 5 (0) 3 (0) 89 (5)
9 Azərbaycan  Anar Nəzirov 2015–2019 83 (0) 1 (0) 4 (0) 88 (0)
10 Serbiya  Yovan Krneta 2015–2018 76 (6) 6 (0) 3 (0) 85 (6)

Ən çox qol vuran futbolçular

redaktə
29 avqust 2024 tarixində yenilənib
Ad İllər Liqa Azərbaycan Kuboku Qitə Cəmi
1 Gürcüstan  Davit Volkov 2020–2022
2024–h.h
26 (61) 2 (10) 4 (8) 32 (81)
2 Salvador  Nelson Bonilla 2015–2016 14 (29) 3 (2) 0 (0) 17 (31)
3 Braziliya  Rafael Utziq 2024–h.h 8 (17) 3 (5) 5 (8) 16 (35)
4 Paraqvay  Xulio Sezar Rodrigez 2019 12 (23) 3 (5) 0 (0) 15 (28)
4 Qana  Riçard Qadze 2017–2018
2019-2020
13 (46) 0 (4) 2 (4) 15 (54)
4 Fransa  Hamidu Keyta 2022–2023 13 (46) 2 (6) 0 (2) 15 (54)
7 Azərbaycan  Ağabala Ramazanov 2020–2022 12 (47) 1 (4) - (-) 13 (51)
8 Azərbaycan  Rəhim Sadıxov 2022–2024 10 (70) 2 (9) 0 (2) 12 (81)
8 Azərbaycan  Qismət Alıyev 2020–h.h 10 (119) 0 (17) 2 (10) 12 (148)
10 Serbiya  Milan Duriç 2016–2018 8 (47) 1 (5) 0 (4) 9 (56)
11 Azərbaycan  Vüsal İsgəndərli 2015–2019 6 (60) 2 (9) 0 (0) 8 (69)
11 Azərbaycan  Adil Nağıyev 2015
2015–2019
6 (96) 2 (7) 0 (2) 8 (105)
11 Azərbaycan  Təmkin Xəlilzadə 2015–2018
2021–2022
8 (103) 0 (12) 0 (4) 8 (119)
11 Belçika  Loris Broqno 2021–2023 6 (50) 2 (6) 0 (2) 8 (58)
Məşqçilər cəmi
Məşqçi Çalışdığı müddət aralığı
I divizion
Bəhram Şahquliyev 22 13 5 4 36 - 12 44 28.07.2014–05.04.2015
Premyer Liqa
Adil Şükürov 65 30 15 20 79 - 66 105 07.04.2015–27.12.2016
Ayxan Abbasov 51 22 16 13 62 - 51 82 27.12.2016–29.08.2018
Samir Abasov 37 12 10 15 41 - 47 46 29.08.2018–08.10.2019
Zaur Həşimov 16 6 4 6 24 - 28 22 09.10.2019–30.06.2020
Rəşad Sadıqov 33 11 15 7 37 - 32 48 17.07.2020 —

İstinadlar

redaktə
  1. 1 2 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
  2. globalsoft. "Team". ZirePFC (az.). 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.

Xarici keçidlər

redaktə

Saytda 298 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025